Kaxaber Cumberoviç Tsxadadze (; ) — keçmiş SSRİ və gürcüstan futbolçusu, müdafiəçi, Beynəlxalq dərəcəli SSRİ idaman ustası (1992).
Həyatı 7 sentyabr 1968-ci ildə Gürcüstanın Rustavi şəhərində doğulub.
Karyerası Müdafiəçi mövqeyində çıxış edən Tsxadadze futbolçu karyerasına 1986-cı ildə Rustavi "Metallurq"unda başlayıb. Daha sonra ardıcıl olaraq Dinamo Tbilisi, "İberiya", QİF (ikisi də Gürcüstan), QİF (İsveç), Spartak Moskva, Dinamo Moskva (İkisi də Rusiya), "Ayntraxt" (Almaniya), "Alaniya" (Rusiya), Mançester Siti (İngiltərə), "Lokomotiv" (Tiflis/ Gürcüstan) və Anji Mahaçqala (Rusiya) klublarının formasını geyinib. 1992-ci ilidən 6 dəfə SSRİ, 1991–98-ci illərdə 25 dəfə Gürcüstan milli futbol komandasına çağırılıb.
Tsxadadze məşqçi karyerasına 2001-ci ildə Tiflis "Lokomotiv"ində başlayıb və bir il bu komandada çalışıb. 2005/2006 mövsümünü Dinamo Tbilisi klubunda, 2006/2007 mövsümünü "Sioni"də keçirib. 2008/2009-cu illərdə Standard Bakıda çalışıb. 2009-cu ilin iyunundan isə İnter Bakı klubunda işləyir. Gürcüstan U-21-nə rəhbərlik edib.
2024-cü il fevralın 25-də Qəbələ klubu ilə 2027-ci ilin yayına qədər müqavilə imzalayaraq baş məşqçi kimi Elmar Baxşıyevi əvəz edib. 31 avqust 2026-cı ildə Sxadadzenin klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Mənbə Tsxadadzenin 41 yaşı tamam oldu
İstinadlar
Kateqoriya:Gürcüstan futbolçuları Kateqoriya:Gürcüstan milli futbol komandasının oyunçuları Kateqoriya:Dinamo Moskva FK futbolçuları Kateqoriya:Ayntraxt Frankfurt FK futbolçuları Kateqoriya:Allsvenskan futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Gürcüstanın kişi futbolçuları Kateqoriya:Şamaxı FK məşqçiləri Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:SSRİ milli futbol komandasının oyunçuları Kateqoriya:Alaniya FK futbolçuları Kateqoriya:Mançester Siti FK futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:UEFA Avro 1992 futbolçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Qəbələ FK məşqçiləri Kateqoriya:Dinamo Tbilisi FK futbolçuları Kateqoriya:Anji Mahaçqala FK futbolçuları Kateqoriya:Azərbaycanda legioner Gürcüstan idmançıları Kateqoriya:Beynəlxalq dərəcəli SSRİ idman ustaları Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:SSRİ U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri