right|thumb| Fevral inqilabının ilk günlərində bir milis qrupu (1917) thumb|Sovet milis zabitlərinin kokardası. Militsiya və ya milis () keçmişdə Rusiya və Sovet İttifaqı, həmçinin kimi bəzi Varşava Müqaviləsi ölkələri və Yuqoslaviya kimi keçmiş kommunist dövlətlərində, müasir dövrdə isə Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistan kimi bəzi MDB dövlətlərində polislər üçün istifadə edilən rəsmi addır.
Milis 270px1984-cü ildə sovet milisinin süvari patrulu. Orijinal adı Yarandığı il 1917-ci il Təyinatı Hüquq-mühafizə və asayiş Fəaliyyət göstərdiyi SSRİ Respublikaları * Rusiya SFSR * Azərbaycan SSR * Ukrayna SSR * Belarus SSR * Özbəkistan SSR * Qazaxıstan SSR * Gürcüstan SSR * Litva SSR * Moldova SSR * Latviya SSR * Qırğızıstan SSR * Tacikistan SSR * Ermənistan SSR * Türkmənistan SSR * Estoniya SSR
Adı və statusu
thumb|Mülki polis qüvvələrinin əvvəllər militsiya adlandırıldığı ölkələr (mavi) Mülki polis qüvvələrinin hal-hazırda militsiya adlandırıldığı ölkələr (tünd göy) Milis Müvəqqəti Hökumətin 17 aprel 1917-ci il tarixli fərmanından irəli gələrək və erkən sovet dövründə Müvəqqəti Hökumətin və bolşeviklərin insanların özünütəşkilatlandırma ilə yeni hüquq-mühafizə orqanını əlaqələndirmək və onu çar polisindən fərqləndirmək üçün nəzərdə tutulmuşdu. Sonralar isə Oktyabr inqilabında və sovet respublikalarında bolşevizm naminə mübarizədə fəal iştirak edən mülki şəxslərdən formalaşdırılmışdır. Onun ilkin adı fəhlə-kəndli milisləri olaraq 1917-ci il oktyabr ayının 28-də (Yeni Qaydaya əsasən 10 Noyabr) yaradılmış və sonradan rəsmi adı olan Daxili İşlər Nazirliyi (MVD, MVD ) ilə əvəz edilmişdir. Rayon bölmələrinə isə şəhər, rayon, vilayət və s. daxili işlər idarəsi deyilirdi. 10 noyabr günü Sovet İttifaqında və 2011-ci ilə qədər isə Rusiyada "milis günü" kimi qeyd olunmuşdur.
İkinci Dünya müharibəsindən sonra Balkanlarda və Şərq blokunda yaradılmış olan milis qüvvələri və Nasist Almaniyasının işğalına qarşı mübarizə aparmış partizan adlanan mülki şəxslərdən ibarət olmuşdur. Bu təhlükəsizlik qüvvələri də bilavasitə öz ölkələrinin Daxili İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərirdi və bəzi ölkələrdə onların səlahiyyətləri və vəzifələri müxtəlif olsa da, əsasən bütün Dəmir Pərdə ölkələrində eyni idilər.
1990-cı illərdən etibarən isə bir çox Şərq Bloku və keçmiş Sovet İttifaqı ölkələrində milis sözü tədricən polis sözü ilə əvəz edilməyə başlanmışdır. 2000-ci ildə standart olaraq Serb polislərinin geyinmiş olduqları uniformalarda həm Milicija (Милиција) sözü, həm də Policija (Полиција) sözü yazılırdı. Nəhayət, 2011-ci il mart ayının 11-də Rusiyada aparılmış olan polis islahatı ilə bu ölkədə də milis sözü polis (полиция) sözü ilə əvəz olunmuşdur. 2015-ci ildə isə Ukraynada polis (поліція) sözü milis sözünü əvəz etmişdir.
thumb|alt=Şəkil|Sovet milisinin 15 illiyinə həsr olunmuş paradda xidməti itlər və təlimçiləri (1932)
thumb|alt=Şəkil|Sovet milisi üslubunda bərpa edilmiş "QAZ-24 Volqa" avtomobili (Moskva retro sərgisi, 2025).
Rütbə Rusca Fərqlənmə nişanı Milisioner Милиционер 70px Baş milisioner Старший милиционер 70px Bölmə komandiri milisi Отделённый командир милиции 70px Starşina milisi Старшина милиции 70px Serjant milisi Сержант милиции 70px Kiçik leytenant milisi Младший лейтенант милиции 70px Leytenant milisi Лейтенант милиции 70px Baş leytenant milisi Старший лейтенант милиции 70px Kapitan milisi Капитан милиции 70px Mayor milisi Майор милиции 70px Baş mayor milisi Старший майор милиции 70px İnspektor milisi Инспектор милиции 70px Direktor milisi Директор милиции 70px Baş direktor milisi Главный директор милиции 70px Milis direktorunun müavini Заместитель директора милиции 70px
Həmçinin bax
Sovet İttifaqı NKVD
İstinadlar
Əlavə ədəbiyyat
Shelley, Louise I. Policing Soviet Society: The Evolution of State Control. London: Routledge, 1996. Kateqoriya:SSRİ hüquq mühafizə orqanları Kateqoriya:Polis tarixi Kateqoriya:Rus dilində sözlər və ifadələr Kateqoriya:NKVD