Ələtli — Azərbaycan Respublikasının Hacıqabul rayonunun Ələtli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Kəndin ilk sakinləri Ələt qəsəbəsindən köçüb gəlmələrdir. Oykonim "Ələtdən olanlar, Ələtdən gələnlər" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 415 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax Hacıqabul rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Hacıqabul Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Hacıqabul rayonunun kəndləri