Filiya mədəniyyəti — Kiprdə ən erkən Tunc dövrünə, e.ə. 2500–2000-ci illərə aid arxeoloji mədəniyyət. Adanın şimal hissəsindəki Morfu şəhəri yaxınlığındakı nekropolun şərəfinə adlandırılmışdır.

Bu mədəniyyətə aid 20-yə yaxın yaşayış məskəni aşkar edilmişdir. Onun yaranması Anadoludan miqrantların gəlməsi ilə əlaqələndirilir. Bu dövrdə adada əhalinin sayının artması qeyd olunur.

İstinadlar

Əlavə ədəbiyyat Louise Steel: Cyprus before History, London 2004, S. 121—125, ISBN 0-7156-3164-0

Kateqoriya:Tarixdən əvvəlki dövrdə Kipr Kateqoriya:Avropa Tunc dövründə Kateqoriya:Avropanın arxeoloji mədəniyyətləri Kateqoriya:Asiyada Tunc dövrü mədəniyyətləri Kateqoriya:Qərbi Asiyanın arxeoloji mədəniyyətləri