Canalı — Azərbaycan Respublikasının Qazax rayonunun Hüseynbəyli kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Gəncə–Qazax düzənliyindədir. Əsl adı Canəlilidir. Toponim Azərbaycan dilinin ahəng qanuna əsasən Canallı formasına düşmüşdür. XIX əsrin ortalarına aid mənbələrdə canəlili qazax tayfalarından biri kimi qeyd olunmuşdur. Kənd canəlili (yaxud canalılı) tayfasının məskunlaşması nəticəsində yaranmışdır.

Toponimikası Canallı oyk, sadə. Gəncə-Qazax düzənliyindədir. Qazax tayfalarından biri olan canalıların adını daşıyır. Etnotoponimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1524 nəfər əhali yaşayır. Əhalinin 742 nəfəri kişilər, 782 nəfəri qadınlardır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Görkəmli şəxsləri Güllü Yoloğlu (1963) — Filologiya üzrə fəlsəfə doktoru, tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi və televiziya aparıcısıdır. 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvü, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1998-ci ildə Ankaradakı Atatürk Kültür Mərkəzinin müxbir üzvü seçilmiş, Ahi Evran Universitetinin Elmi Şurasının üzvüdür (Türkiyə, Kırşehir). Bütövlükdə, Türk Dünyasını Sibirdən Balkanlaradək gəzərək araşdırmalar aparmışdır.Canallı kəndindəndir, Zaqatala rayonunun Meşə-oba (Meşə-Şambul) kəndində anadan olub. Aşıq Canallı Məmməd — ( 1880 – 1937) — Azərbaycanın ustad aşığı.

Həmçinin bax Qazax rayonu

Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr

İstinadlar

Kateqoriya:Qazax rayonunun kəndləri