Billi öldürmək: 2-ci hissə () — 2004-cü ildə rejissor Kventin Tarantino tərəfindən ekranlaşdırılmış Amerika döyüş sənətləri janrında filmdir. Filmin ssenarisi də Tarantinoya məxsusdur. Film 1-ci hissənin davamı olub sui-qəsdçi Gəlinin (Uma Turman) toy günü ona xəyanət edən və onu öldürməyə cəhd edən keçmiş həmkarlarından qisas almasından bəhs edir.
"Billi öldürmək" filminin kinoteatrlarda nümayişi, əvvəlcə, bir seriya olaraq nəzərdə tutulmuşdu. Lakin filmin müddəti dörd saatdan çox olduğundan film iki hissəyə ayrıldı. 1-ci hissə kinoteatrlarda 180 milyon dollar gəlir əldə edərək, Tarantinonun həmin vaxtadək ən yüksək qazanc gətirən filmi oldu. "Billi öldürmək: 2-ci hissə" bir il sonra 16 aprel 2004-cü ildə kinoteatrlarda nümayiş olundu.
Məzmun Hamilə Gəlin və onun nişanlısı toy mərasimlərinin məşqini keçirirlər. Gəlinin keçmiş sevgilisi və "Ölümcül İlanlar" sui-qəsd dəstəsinin rəhbəri Bill gözlənilmədən gəlir və "Ölümcül İlanlar"a toy məşqində iştirak edən hər kəsi öldürməyi əmr edir. Bill Gəlini başından güllələyir, lakin o sağ qalır və qisas alacağına and içir.
Dörd il sonra, artıq "Ölümcül İlanlar"ın üzvləri O-Ren İşii və Vernita Qrini öldürmüş Gəlin, digər "Ölümcül İlan" olan Billin qardaşı Baddın avtoevinə gedir və ona pusqu qurmağı planlaşdırır. Lakin Bill onu əvvəlcədən xəbərdar etdiyi üçün Badd duzla doldurulmuş tüfənglə ölümcül olmayan atəş açaraq Gəlini hərəkətsiz vəziyyətə salır və ona sakitləşdirici dərman verir. O, digər keçmiş "Ölümcül İlan" olan Elle Driverə zəng edir və Gəlinin qılıncını ona 1 milyon dollara satmaq barədə razılaşır. Daha sonra Gəlini tabutun içərisinə bağlayır və onu diri-diri basdırır.
İllər əvvəl Bill gənc Gəlinə əfsanəvi döyüş sənəti ustası Pai Mei və onun "Beş Nöqtəli Ovucun Partlayan Ürəyi Texnikası" haqqında danışır. Bu, Pai Meinin şagirdlərinə öyrətməkdən imtina etdiyi ölümcül zərbədir; deyilənə görə, düzgün tətbiq edildikdə bu texnika rəqibin ölməzdən əvvəl yalnız beş addım ata bilməsinə səbəb olur. Bill Gəlini məşq keçməsi üçün Pai Meinin məbədinə aparır. Pai Mei məşq zamanı onu ələ salır və əzab verir, lakin Gəlin sonda onun hörmətini qazanır. İndiki zamanda Gəlin tabutdan qaçmaq və səthə çıxmaq üçün Pai Meinin öyrətdiyi üsullardan istifadə edir.
Elle Baddın avtoevinə gəlir və qılıncın pulu ilə dolu çantanın içində gizlədilmiş qara mamba ilə onu öldürür. O, Billə zəng edib Gəlinin Baddı öldürdüyünü və özünün də Gəlini öldürdüyünü deyir və bu zaman Gəlinin əsl adını — Bеatriks Kiddo — açıqlayır. Elle avtoevindən çıxarkən Beatriks ona pusqu qurur və onlar döyüşürlər. Pai Meidən də təlim almış Elle Beatriksi təhrik etmək üçün bildirir ki, Pai Mei ona "yazıq qoca səfeh" dedikdən sonra gözünü çıxardığına görə qisas almaq məqsədilə onun sevimli yeməyini zəhərləyərək onu öldürüb. Qəzəblənən Beatriks Ellenin qalan gözünü çıxararaq onu kor edir və qara mamba ilə birlikdə onu treylerdə qışqıra-qışqıra qoyub gedir.
Meksikanın Akunya şəhərində Beatriks təqaüdə çıxmış sutenyor Esteban Vellaxo ilə görüşür; Esteban ona Billin yerini tapmaqda kömək edir. Beatriks onu evinə qədər izləyir və onların qızı B.B.-nin hələ də sağ olduğunu, artıq dörd yaşında olduğunu öyrənir. Beatriks axşamı onlarla keçirir. B.B.-ni yatızdırdıqdan sonra Bill içində həqiqət zərdabı olan iynə ilə Beatriksi vurur və onu sorğu-suala tutur. Beatriks izah edir ki, hamilə olduğunu öyrəndikdən sonra B.B.-yə daha yaxşı həyat vermək üçün "Ölümcül İlanlar" dəstəsini tərk edib. Bill isə onun öldüyünü düşündüyünü və sağ olduğunu, üstəlik, uşağının atası olduğunu zənn etdiyi bir "səfeh"lə nişanlandığını öyrənəndə onun öldürülməsinə əmr verdiyini açıqlayır. Onlar döyüşməyə başlayırlar, lakin Beatriks Billin qılıncını qınının içində sıxışdırır və ona "Beş Nöqtəli Ovucun Partlayan Ürəyi Texnikası" ilə zərbə endirir. Pai Meinin bu texnikanı ona öyrətməsinə təəccüblənən Bill onunla barışır. Daha sonra beş addım atdıqdan sonra yıxılıb ölür, Beatriks isə uzaqlaşır. Beatriks B.B. ilə birlikdə yeni həyata başlamaq üçün oradan ayrılır.
Rollarda
Uma Turman — Gəlin, Beatriks Kiddo
İstinadlar
Həmçinin bax
Billi öldürmək: 1-ci hissə Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:Çin haqqında filmlər Kateqoriya:ABŞ-nin döyüş incəsənət filmləri Kateqoriya:2004-cü ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin sikvel filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:Miramax filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:Kventin Tarantinonun filmləri Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:A Band Apart filmləri Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:ABŞ-nin real olmayan hekayə filmləri Kateqoriya:Girls with guns filmləri Kateqoriya:Robert Rodriqesin musiqisini bəstələdiyi filmlər