Ramil Vəlizadə () — Azərbaycanı təmsil edən üzgüçü.
Karyerası Ramil Vəlizadə 2019-cu ilin iyulunda XV Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalını beşinci pillədə başa vurdu. Karyerası ərzində bir sıra beynəlxalq turnirlərdə medallara sahib olub.
2022-ci ilin iyulunda isə Ramil Vəlizadə Rumıniyada yeniyetmələr arasında Avropa Çempionatında 200 metr məsafəyə kəpənək stili ilə üzmədə bürünc medala sahib oldu. Həmin ilin iyununda isə Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarının qalibi oldu.
Vəlizadə 2024-cü ilin iyununda Belqrad şəhərində (Serbiya) baş tutan Avropa Çempionatının nəticələrinə əsasən lisenziyaya sahib oldu.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi üzgüçüləri Kateqoriya:Azərbaycanın olimpiya üzgüçüləri Kateqoriya:2024 Yay Olimpiya Oyunlarında üzgüçülər Kateqoriya:Azərbaycan olimpiya idmançıları Kateqoriya:İslam Həmrəyliyi Oyunları çempionları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Azərbaycanın idman ustaları Kateqoriya:2025 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar