Həmid Nuri işi — keçmiş İslam İnqilabı Keşikçiləri Korpusu əməkdaşı və 1988-ci ildə İran siyasi məhbuslarının kütləvi edamında iştirak etmiş Həmid Nurinin məhkəmə prosesi.

Tarixi Həmid Nuri 29 aprel 1961-ci ildə İranın şimalında, Damğan şəhərində anadan olmuşdur. Həmid İİKK-də həbsxana gözətçisi kimi xidmət etmişdir. O, Evin və Göhərdəşt həbsxanalarında hakimiyyətə hər cür köməklik etmişdir. Nuri 1988-ci ildə Göhərdəşt həbsxanasının "Ölüm hakimləri" komitəsinin üzvü olmuş, 1988-ci ildə İran siyasi məhbuslarının kütləvi edamında iştirak etmişdir. 2019-cu ildə İsveçdə olarkən həbs edilmişdir.

2022-ci ilin mayında o, təqsirli bilinərək universal yurisdiksiya prinsipi əsasında ömürlük həbs cəzasına məhkum edilmişdir.

2024-cü ilin iyununda İranda həbs edilmiş iki İsveç vətəndaşı ilə dəyişdirilmişdir.

İstinadlar

Kateqoriya:İran cinayətkarları Kateqoriya:İslam İnqilabı Keşikçiləri Korpusu Kateqoriya:İranda siyasi məhbusların edamı (1988) Kateqoriya:İnsanlıq əleyhinə cinayətlər Kateqoriya:İranda insan hüquqları Kateqoriya:Əsir mübadilələri