Mələk İsmayıl () — FİDE-nin Qadın FİDE Ustası (WFM) tituluna sahib olan azərbaycanlı şahmatçıdır. 2014-cü ildə 10 yaşadək qızlar arasında gənclər arasında şahmat üzrə Avropa çempionatının qalibi olub.

Həyatı və fəaliyyəti Mələk İsmayıl Sumqayıt şahmat məktəbinin şagirdi olub. O, dəfələrlə müxtəlif yaş qrupları üzrə gənclər arasında şahmat üzrə Avropa çempionatında və gənclər arasında şahmat üzrə dünya çempionatında Azərbaycanı təmsil edib. 2014-cü ildə Batumidə Mələk İsmayıl 10 yaşadək qızlar arasında gənclər arasında şahmat üzrə Avropa çempionatının qalibi olub. 2012-ci ildə o, U08 qızlar yaş qrupunda gənclər arasında şahmat üzrə dünya çempionatında 9-cu yeri tutub."24th EUROPEAN YOUTH CHESS CHAMPIONSHIP 2014". Chess-Results.com. Retrieved 16 May 2019 2013-cü ildə Mələk İsmayıl məktəblilər arasında keçirilən şahmat üzrə dünya çempionatında U09 qızlar arasında 4-cü yeri tutub. 2012-ci ildə Çexiyada keçirilən Avropa birinciliyində gümüş, 2014-cü ildə Gürcüstandakı qitə birinciliyində qızıl medal qazanıb. Gürcüstanda 2015 və 2019-cu illərdə keçirilmiş Şahmat Festivallarının qalibi olub. 2021-ci ildə isə onlayn Avropa birinciliyində gümüş medala layiq görülüb.

Təhsili Bakı Mühəndislik Universitetinin dizayn ixtisası üzrə təhsil alıb.

Xarici keçidlər

Malak İsmayil rating card at FIDE Malak Ismayil player profile and games at Chessgames.com

İstinadlar

Kateqoriya:Azərbaycanlı şahmatçılar Kateqoriya:Azərbaycanın qadın şahmatçıları