Köbər (əvvəlki adı: Lüksemburq) — Azərbaycan Respublikasının Samux rayonunun Qaraağaclı qəsəbə inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Samux rayonunun Yenikənd kənd Sovetinin Lüksemburq kəndi Qırmızı Samux kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Samux rayonunun Qırmızı Samux qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Lüksemburq kəndi Köbər kəndi adlandırılmışdır.
Toponimikası Yaşayış məntəqəsi 1918–1920-ci illərdə milli qırğın zamam Ermənistandan didərgin salınmış azərbaycanlı ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar sovet dövründə kəndə beynəlxalq sosial–demokrat hərəkatının fəalı, polşalı yəhudi inqilabçı sosialist Roza Lüksemburqun (1871–1919) soyadı verilərək, kəndin adı Lüksemburq olaraq təyin edildi (bu adı 1959–1990-cı illər arası həmçinin indiki Ağstafa şəhəri də daşıyırdı).
Coğrafiyası və iqlimi Kənd Ceyrançöldə yerləşir.
Əhalisi Əhalisinin sayı 947 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010. Əhalinin əsası azərbaycanlılardır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Samux rayonunun kəndləri