Vertigo Entertainment — 2001-ci ildə Roy Li və Duq Devison tərəfindən təsis edilmiş, mərkəzi Los-Ancelesdə yerləşən Amerikanın film və televiziya istehsalı şirkətidir.

Tarixi

2001-ci ildə BenderSpink-dən ayrıldıqdan sonra Roy Li şəriki Duq Devison ilə bərabər Vertigo Entertainment şirkətini yaratmışdır.

Vertigo Entertainment əvvəlcə Dimension Films ilə üç illik müddətində bədii filmlərin istehsalı ilə bağlı müqavilə imzalamışdır.

2004-cü ildə şirkət Universal Pictures ilə il ərzində çox sayda filmlərin istehsalı ilə bağlı müqavilə imzalamışdır. Müqavilə daha sonra 2008-ci ildə baş vermiş Amerika Yazıçılar Gildiyasının tətili zamanı ləğv edilmişdir. 2007-ci ildə studiya televiziyalar üçün şoular hazırlamaq məqsədi ilə Lionsgate Television ilə müqavilə imzalamışdır.

2010-cu ildə Vertigo Warner Bros ilə film istehsalı üçün ilk müqaviləsini bağlamışdır.

2013-cü ilin mart ayında Vertigo kabel televiziyası üçün layihələr hazırlamaq məqsədi ilə Fox 21 ilə iki illik müqavilə imzalamışdır.

2015-ci ilin dekabr ayında Vertigo Warner Bros ilə tərəfdaşlığını genişləndirmişdir. Bu əməkdaşlığın genişləndirilməsinə dram və komediya serialları üçün imzalanmış iki illik eksklüziv müqavilə daxil idi.

2017-ci ilin noyabr ayında Vertigo Sony Pictures Television ilə şəbəkə, kabel yayımı və yayım üçün dramlar, komediyalar və ssenarisiz proqramlar da daxil olmaqla çoxillik müqavilə imzalamışdır.

2020-ci ildə Vertigo Lionsgate ilə film istehsalı üçün müqavilə imzalamışdır.

İstinadlar

Kateqoriya:Los-Anceles şirkətləri Kateqoriya:2001-ci ildə yaradılmış media şirkətləri