Nübuvvət — Müsəlmanlığın əsas şərtlərindən biri də peyğəmbərlərə inamdır. Müsəlman adlanan kəs Allah-Təalanın göndərdiyi bütün peyğəmbərlərə inanmalı, onları öz xüsusiyyət və möcüzələri ilə qəbul etməli, ən əsası isə Həzrət Məhəmmədin (s) sayca sonuncu, şərafətcə ilkin peyğəmbər olduğuna iman bəsləməlidir. Müsəlmanların əqidəsincə, Həzrət Məhəmməd (s) "peyğəmbərlərin möhrüdür", yəni sonuncu peyğəmbərdir. Allah-təala Həzrət Məhəmməddən (s) sonra Yer üzünə peyğəmbər göndərməmişdir və qiyamət gününədək göndərməyəcəkdir.

Peyğəmbərlərə inam Allaha inamla əkizdir. Belə ki, Allaha inanıb peyğəmbərləri danan kəs müsəlman deyildir. Peyğəmbərlərin hər hansı birinin ruhunu təhqir etmək, Həzrət Məhəmmədin (s) sonuncu peyğəmbərlik iddiası edən hər hansı şəxsə iman gətirmək İslam dinindən çıxmaq deməkdir.

Yəhudilikdə peyğəmbərliyi (Nevuha) Allahın peyğəmbər olaraq seçdiyi hər bir şəxs çatdıra bilər və bu, istənilən vaxt baş verə bilər. Peyğəmbərlik ləğv edilməyib, lakin Allah tərəfindən göndərilən sonuncu yəhudi peyğəmbər eramızdan əvvəl 5 əsrdə Yerusəlimdə işləmiş Malaki peyğəmbərdir. Peyğəmbərliyin səbəbi insanlara Allahdan gələn xəbəri çatdırmaqdır, çünki insanlara mesajı çatdırmağın yalnız iki yolu var: ya Allah özünü bəşəriyyətə açıb mesaji onlara çatdırır, ya da Allah mesaji elçilər vasitəsilə çatdırır.

Peyğəmbəri ifadə edən terminlər

Peyğəmbəri ifadə edən terminlər Fars dilindən Türk dilinə keçmiş bir ad olan peyğəmbər kəlməsi "xəbərçi, xəbər gətirən, elçi" mənalarına gəlməkdədi. Dini bir termin olaraq, "Allah-Təala"nın, qullarına əmr və qadağalarını bildirmək və dinini öyrətmək üzrə insanların arasından seçdiyi və vəzifələndirdiyi "kişi" deməkdir. Quranda peyğəmbər anlayışı qarşılığında "nəbi" və "rəsul" kəlmələri keçməkdədir.

Nəbi Qurani-Kərimdə peyğəmbərlər üçün istifadə edilən terminlərdən biri "nəbi" terminidir. Törətdiyi köklə əlaqəli olaraq iki ayrı fikir irəli sürülmüşdür. Birincisinə görə, sözün əsli həmzəsiz olub "yüksəklik, yüksək məqam" mənalarını daşıyan "nəbvə, nəbavə" köklərindən törəmişdir. Bu halda nəbi, Allah nəzdində ən yüksək dərəcəyə sahib olması və insanların hidayətinə vəsilə olması səbəbiylə,"yüksək məqam sahibi şəxs" mənasına gəlir. İkinci fikrə görə isə "nəbinin" əsli həmzəli olub "xəbər vermək, büruzə verib ortaya çıxmaq" mənasındakı "nəb, nubu" kökündən meydana gəlmişdir. Bu seçimə görə, nəbi, "İnsanlara Allahdan ismarış gətirən şəxs" deməkdir. "Nəbi" Quranda həm tək, həm də cəm formalarında (əl-ənbiya, ən-nəbiyyun) istifadə edilmişdir. Eyni zamanda peyğəmbərlik vəzifəsini ifadə etmək üçün "nübüvvət" sözünə də yer verilmişdir.

Rəsul Quranda peyğəmbərlər üçün istifadə edilən başqa bir termin də "rəsul" və eyni kökdən törəmiş olan "mürsəl" dir. "Rəsul" un törədiyi "rəsəl" kökünün mənalarından biri "göndərmək" dir. "Rəsul" isə ismi-məful mənasında "özünə müəyyən vəzifə verilərək bir yerə göndərilən elçi" deməkdir. Cəmi "rusul" dur. "Rəsul" eyni zamanda "göndərilən mesajı" ifadə etmək üçün də istifadə edilir. "Risalət" də "göndərilən mesaj, peyğəmbərlik mesajı" mənalarına gəlir. Nəbi və Rəsul terminlərinin yerinə eyni mənanı ifadə etmək üçün farsca olan "peyğəmbər" sözü də istifadə edilir. Dini bir termin kimi "əmrlərini xəbər vermək üçün Allahın insanlardan seçib ona vəhy yolu ilə kitab verdiyi şəxs" şəklində tərifi verilir. Qurani-Kərimdəki məlumatlara görə, Allah insanlardan nəbi və rəsullar seçmiş, yalnız rəsullara deyil, həm rəsullara, həm də nəbilərə kitablar vermiş, Musa, Harun və İsmayıldan rəsul-nəbi deyilərək bəhs edilmişdir. Bu da var ki, rəsul Allah ilə yaratdıqları arasında elçilik edən mələk və ya mələklər mənasına da gəlir. İnsanların ruhlarını alan mələklərə də "rusul" deyilmiş, mələklərin qanadlı elçilər olduqları ifadə edilərkən onlardan rusul şəklində bəhs edilmiş və xüsusilə Cəbrail rəsul olaraq səciyyələndirmişdir.

Nübuvətin imkanı və zəruriliyi Nübuvvətin imkanı və zəruriliyi Nübuvvət ilk insandan etibarən ilahi yol göstərməklə insanın qabağını aydınlaşdıran bir nur, rəhbərlik və hidayət məqamı olmuşdur. Bu halda, ağlın vəziyyətinə və tarixi həqiqətləri göz qabağına gətirərək belə bir nəticəyə gəlinmişdir. Peyğəmbər göndərmə əqlən caizdir. Allah-Təala Nəbilər və Rəsullar göndərmişdir. Peyğəmbərləri qəbul etmək dinə görə fərzdir. Çünki peyğəmbər göndərmə bir iş deyil əksinə insanın xeyrinə bir işdir. İnsan Yaradıcısını bilmək məcburiyyətindədi, ancaq bunu tam bir kamil mənada Onu tanıdan bir elçi vasitəsilə tapa bilər. Ağlın gücü sərhədli olduğundan Allaha necə və hansı miqdarda ibadət edəcəyini bilməz. İnsan əgər başlı-başına buraxılsa Allaha qul olmaqdan uzaqlaşar, elə isə insanların qulluqlarını, ibadətlərini və cəzalarını bildirən birisinin vəzifələndirilməsi lazımdır.

Nübuvvətin imkanı Mövzuya hər şeydən əvvəl ağıl imkanı baxımından yaxınlaşan kəlamçılara görə nübuvvət həm ilahi həm bəşəri baxımından mümkündür. İlahi baxımdan mümkündür, çünki Allah mürid və mutəkəllimdir; bu sifətlərini nübuvvət vasitəsilə göstərir və bu vasitə ilə əmrlərini yaratdıqlarına çatdırır. Nübuvvətin imkansızlığını iddia etmək Allahın bu cür sifətlərinin və ya təsirlərinin olmadığı mənasına gəlir. Nübuvvət bəşəri baxımdan da mümkündür. Çünki bir insanın bədəni və ruhi fərqliliklərində digər insanlarla eyni vəziyyətdə olması lazım olmadığından peyğəmbərlər zümrəsinin fərqli qabiliyyət və fərqliliklərə sahib olması, bu vasitə ilə onların metafizik aləmlə əlaqə qurub ağıl və duyğular yolu ilə biliklər alması mümkündür. Qəzzali nübuvvətin mümkün olmasını təcrübə yolu ilə qəbul edilə bilməsi qənaətindədir. Ona görə insanın yuxu əsnasında aldığı biliklər nübuvvətin imkanına dair sübutlardır. Ümumiyyətlə bir insanın peyğəmbərlərə öyrədilən zühd və təqva yolunu seçib öz nəfsinə tətbiq etməsi halında kəçf və ilham kimi qeybi biliklərə çatması mümkündür. İbn Teymiyyə də vilayət mərtəbəsinə çatıb həqiqətləri kəşf edən insanın nübuvvəti daha asan qavraya biləcəyini deyərək heç bir vəlinin peyğəmbərin aldığı qeybi biliklərə və yaşadığı ruhi təcrübəyə çatmayacağını vurğulayır.

Nübuvvətin zəruriliyi Allah-Təalanın şüurlu bir canlı olaraq yaratdığı insanı məsul tutmadığı hikməti ilə uyğun gəlmədiyi kimi məsul etdiyi halda ona yol göstərməməyi də Onun zikr edilən isim və sifətləri ilə ziddiyyət təşkil edir. Kəlamçıların çoxu bu fikirdədir. Mötəzilə ilə bir qism Şiə alimləri bunu Allah üçün bir zərurət olaraq görərkən Matüridiyyə və Sələfiyyə mənsubları hikmət və lütfünün nəticəsi deyə bildirmişdilər. Kəlamçılar nübuvvətin bəşəri baxımdan da zəruri olduğunu deyirlər. Çünki insanın ehtiyac bildiyi bilikləri, duyğuları və fikir bildirmə gücü olmaq üzrə 2 təməl qaynağı vardır. Ancaq hər 2 qaynaq da məhduddur. İnsan üçün imtina edilməyən bilik vasitəsi məsləsində tapılmasına baxmayaraq fikir bildirmə gücü keçmişi və gələcəyi əhatə edə bilən mütləq və mükəmməl bir qaynaq deyildir və insanın sevinməsi üçün lazım olan bilikləri tək başına yarada bilməz; yaratdığı doğru biliklərin mənimsənilməsini saxlayacaq mənəvi bir gücə də sahib deyildir. Fikir bildirmə gücünə baxmayaraq insan nəfsani və dünyəvi arzularına çox bağlı olması təsiri ilə səhv hökmlər verə bilir, qorxularının təsiri ilə ağıl və ruhi xəstəliklərə məruz qala bilər. Çox məsələlərdə dəyişik məsələlər irəli sürülür, ümumiyyətlə həqiqəti ortaya qoyan bir insan və dünya yorumu edilməməkdədir. İnsandakı fikir bildirmə gücünü tamamlayacaq mənfi faktorların zərəri qarşısında oxu xətaya düşməkdən qoruyacaq mükəmməl bir qaynağa ehtiyac vardır ki bu da ilahi bilik qaynağından başqası ola bilməz. Nübuvvət dünyəvi biliklər baxımından da lazımdır. Çünki insanın dünyada var olmağa başldığı ilk zamanda öyrədilməsi üçün dil biliyinə, həyatını davam etdirə bilməsi üçün qida ehtiyacına, qida ehtiyacı üçün maldarlıq və əkinçiliyə, soyuq və istidən qorunmaq üçün paltara və evə dair biliklərə möhtacdı. Onun həyat üçün lazım olan bu bilikləri özü-özünə və təcrübə yolu ilə öyrənməsi ağıla yaxın görünməməkdədir. İnsanın dünyəvi biliklərə olan ehtiyacı mövcudiyyətin ilk zamanlarında da məhdud olmamışdır. Çünki insanların sevinməsi üçün davranışları və bunlara aid olan qaydaları sadəcə fikir bildərərək təyin etmək imkansız deyiləcək qədər çətindir. Bütün insanlar üçün lazım olan bu vəziyyət də nübuvvəti lazımlı olduğunu göstərir.

Peyğəmbərlik sisteminin xüsusiyyətləri Peyğəmbərliyin faydaları Qurani-Kərimin ayələrində, eləcə də hədislərdə peyğəmbərlərin bəşəriyyət üçün faydaları belə sadalanmışdır:

a)Peyğəmbərlər insanlara Allahın hökmlərini yetirib, ortada vasitəçi rolunu oynayırlar. Peyğəmbərlər olmadan insanların din və şəriətdən xəbərdar olmaları mümkün deyildir. Bu cəhətdən bütün adi insanlar peyğəmbərlərə borcludurlar. Quranda buyurulur: "Allah möminlərə lütf edərək öz cərgələrindən onlara peyğəmbər göndərdi ki, ilahi ayələri oxusun" ("Ali-İmran" surəsi, 164-cü ayə).

b)Peyğəmbərlər Allahın əmri ilə insanlara elm və bilik öyrədir, bilmədikləri çətin məsələləri asan dillə şərh edirlər. Qurani-Kərimdə buyurulur: "Bu, həmin Allahdır ki, yazıb-oxumaq bacarmayan savadsız insanlara öz cərgələrindən peyğəmbər göndərdi ki, onlara kitab və hikmət öyrətsin. Bundan əvvəl həmin insanlar açıq-aşkar zəlalətdə idilər" ("Cümə" surəsi, 2-ci ayə).

c)Peyğəmbərlər camaatın arasında ədalətlə höım edərək, düzgün qanunlar qoymuş, məzlum insanların haqqını özlərinə qaytarmışlar: "Allah müjdə verən və qorxudan peyğəmbərlər yolladı, insanlar arasında onların anlaşa bilmədikləri məsələrdə hakimik etmək üçün haqlı kitab göndərdi" ("Bəqərə" surəsi, 213-cü ayə).

d)Peyğəmbərlərin daha bir vəzifəsi insanların əxlaqını kamilləşdirmək, onları çirkinlik və günahların caynağından xilas etməkdir. Həzrət Məhəmməd peyğəmbər (s) bu barədə buyurmuşdur:5 "Mən insanlarda gözəl əxlaqı kamilləşdirmək üçün göndərilmişəm" ("Səfinətül-bihar").

Peyğəmbərlərin sayı Dini sənədlərdə peyğəmbərlərin sayı barədə müxtəlif ədədlər göstərilmişdir. Ən etibarlı rəvayətlərə görə, peyğəmbərlərin sayı 124 min nəfər olmuşdur. Allah-Təala heç bir milləti və tayfanı peyğəmbərsiz qoymamışdır. Çünki Allahın mərhəməti və diqqəti istisnasız olaraq bütün insanlara aiddir. Qurani-Kərimin ayələrində buyurulur: "Hər ümmətin öz peyğəmbəri var idi" ("Yunis" surəsi, 47-ci ayə). "Öz içində peyğəmbər olmayan ümmət yoxdur" ("Fatir" surəsi, 24-cü ayə).

Quranın məlumatına görə, Allahdan üz çevirib fəlakətə düşən tayfaların hamısına vaxtiilə peyğəmbər göndərilmişdir: "Biz heç bir ümmətə elçi göndərməyincə, ona əzab vermərik" ("İsra" surəsi, 15-ci ayə).

Yer üzündə hər millət bir dildə danışdığı üçün bütün millətlərə öz dilində danışan peyğəmbər göndərilmişdir: "Heç bir elçini mənsub olduğu tayfanın dilindən başqa dildə göndərmədik, ta ki Allahın çağırışını onlara çatdıra bilsin" ("İbrahim" surəsi, 4-cü ayə).

Peyğəmbərlərin sayı 124 min nəfər olsa da, onların çox az hissəsinin adı və əhvalatları tarixlərdə qalmışdır. Yəhudi, xristian və müsəlman dini kitablarında üst-üstə cəmi 100 nəfərə yaxın peyğəmbərin barəsində məlumat vardır. Qurani-Kərimdə isə yalnız 26 nəfər səma elçisinin adı çəkilir. Qurani-Kərimin mətnində peyğəmbərlərin heç də hamısının adının çəkilməməsi bir neçə ayədə xatırlanmışdır. Məsələn, belə ayələrin birində buyurulur: "Səndən öncə də peyğəmbərlər göndərmişdik. Onlardan bəzisinin əhvalatını sənə söyləmişik, bəzisini isə söyləməmişik" ("Qafir" surəsi, 78-ci ayə).

Peyğəmbərlərin növləri