Brandenburqlu Doroteya (; ) — Danimarka, Norveç və İsveç kraliçası.

12 sentyabr 1445-ci ildə Kopenhagendə Danimarka, Norveç və İsveç kralı Bavariyalı Xristoforla evləndirildi. Ancaq bu nigahdan övladı olmadı. Ərinin ölümündən sonra Kalmar birliyində çıxan taxt mübarizəsi boyunca taxt naibəsi olaraq Danimarka krallığını idarə etdi və 1448-ci ildə hakimiyyəti I Kristiana həvalə etdi.

26 oktyabr 1449-cu ildə yeni kral I Kristianla evləndi və yenidən Danimarka kraliçası oldu. Cütlüyün bu nigahdan 5 övladı dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşda öldü.

Olaf (1450-1451) Kanut (1451-1455) I Con Marqarita I Fridrix

Mənbə

Anne J. Duggan. Queens and queenship in medieval Europe: proceedings of a conference held at King's College London, April 1995 : [англ.]. — Woodbridge : Boydell Press, 2002. — P. 54, 56–57, 61, 63–64, 68–69. — 357 p. — ISBN 978-0-851-15881-5 Niels Lund, Lars Kjær, Kerstin Hundahl. Denmark and Europe in the Middle Ages, c. 1000 — 1525 : [англ.]. — Farnham : Ashgate Publishing, Ltd, 2014. — P. 139–153, 225. — 306 p. — ISBN 978-1-472-41752-7

İstinadlar Kateqoriya:Almanlar Kateqoriya:Vittelsbax sülaləsi