Göydərə — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun İstibulaq kənd inzibati ərazi dairəsində kənd.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.

Tarixi Kəlbəcər rayonunun Çaykənd inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsini XIX əsrdə həmin rayonun Kilsəli kəndindən gəlmiş ailələr Göydərə adlı yerdə salmışlar. Dərə isə süxurlarının rəngi göyə çaldığına görə belə adlandırılmışdırAzərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı Şərq-Qərb, 2007..Kənd əhalisi Dağıstanın Çaroda rayonundan gəlmə ləzgilərdən ibarətdir.

İstinadlar

Kateqoriya:Kəlbəcər rayonunun kəndləri