Atışma () — rejissor Ben Uitlinin Emi Campın və özünün yazdığı ssenari əsasında çəkdiyi Böyük Britaniya döyüş komediya filmi. Filmin premyerası 2016-cı ilin sentyabr ayında Toronto Beynəlxalq Film Festivalında baş tutmuşdur. Filmin Rusiyada premyerası isə 27 aprel 2017-ci ildə baş tutmuşdur. Bu film Ben Uitlinin çəkdiyi birinci ABŞ filmidir. Filmin prodüseri Martin Skorseze olmuşdur. Film tənqidçiləri bu filmi Kventin Tarantinonun “Rezervuar itləri” filmi ilə müqayisə edirlər.

Boston, 1978-ci il. Şəhərin kənarında, tərk edilmiş bir fabrikdə iş adamları odlu silah alveri üçün sövdələşmə aparmaq məqsədilə bir araya gəlirlər. Alqı-satqı zamanı məlum olur ki, silahlar danışılmış silahlar deyil və bu arada atışma baş verir və ardınca döyüş baş verir.

Filmin çəkilişləri Brayton şəhərində, eyni binanın içərisində, xronoloji ardıcıllıqla aparılmışdır. Aktyor heyəti retro üslubda geyinmişdirlər. Filmin çəkilişləri zamanı patron və partlayıcı qurğular kimi praktik effektlərdən, daha sonra isə kompüter qrafikasından istifadə olunmuşdur..Никто не промахнулся

İstinadlar

Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Döyüş filmləri Kateqoriya:2016-cı ilin komediya filmləri Kateqoriya:Boston haqqında filmlər Kateqoriya:İngiliscə qara yumor filmləri Kateqoriya:StudioCanal filmləri Kateqoriya:1970-ci illər haqqında filmlər Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:İngilis dilində döyüş komediya filmləri Kateqoriya:Silah ticarəti haqqında filmlər Kateqoriya:Film4 Productions filmləri