Əli-Səttar Quliyev — azərbaycanlı kinoprodüser, rejissor, ssenarist, Nizami Kino Mərkəzinin direktoru (2024-2026).

Həyatı Əli-Səttar Quliyev 8 dekabr, 1981-ci il, Bakı şəhərində anadan olub.

Bakıdakı 134 nömrəli orta məktəbi bitirib. Uşaqlıqdan teatr və kinoya maraq göstərib, 11 yaşından məktəb teatrında və KVN-in tamaşalarında iştirak edib.

Ailəlidir, 2 övladı var.

Fəaliyyəti 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluğu fakültəsini bitirib. Hərbi xidmətdən sonra, 2003-cü ildə magistraturaya daxil olub və həmin fakültəni qırmızı diplomla bitirib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (2004-2006) təhsil alıb.

Azərbaycan televiziyasında çalışıb. 2007-ci ildə öz prodüser mərkəzini yaradıb, əvvəlcə musiqi klipləri və reklam çarxları çəkməklə işə başlayıb. “Azercell”də müştəri xidmətləri (2003-2007), İz Productionda art direktor (2008-2012), “Tonica Production”da menecer (2012-2016), “Azanfilm” studiyasının direktor müavini (2011-2015), 2015-2023-cü illərdə “Mozalan” studiyasının direktoru vəzifəsində çalışıb. 2023-2024-cü illərdə Gənclər və İdman Nazirliyində rejissor işləyib. 2024-cü ildə “Nizami” Kino Mərkəzinə direktor təyin olunub.

2026-cı ildə “Nizami” Kino Mərkəzinə direktoru vəzifəsindən azad olunub. 2011-2014-cü illərdə Beynəlxalq Kann festivalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş nümayəndə heyətinin üzvü olub. Filmləri Kann, Sarayevo, Tamprera, Kazan, Daşkənd, Düşənbə, Tbilisi beynəlxalq festivallarında iştirak edib.

Mükafatları 2023-cü il "Stadionlar Səssiz olanda" filmi — İlin ən yaxşı idman filmi 2024-cü il Azərbaycan Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı 2025-ci il "Qızıl Pəri" kino mükafatı (Ən yaxşı debüt filmi “Əlvida, Şmidt!”)

Filmoqrafiya Prodüser kimi: . Susma (2012, qısametrajlı bədii film) . Gil (2013, qısametrajlı bədii film) . Əlifba (2016, animasiya filmi) . Mozalan No. 196-199 (2016-2021, kinojurnal) . Son payız (2022, qısametrajlı bədii film) . İkinci planetin qırmızı rəngi (2024, qısametrajlı bədii film) . Sanki yoxsan (2024, qısametrajlı bədii film)

İcraçı prodüser kimi: . Tarın sədaları. Mansurovlar (film, 2013) . Fikrət Əmirov (2022, sənədli film)

Rejissor, ssenari müəllifi, prodüsor kimi: . Çardaq (2016, qısametrajlı bədii film) . Əlvida, Şmidt! (film, 2019) . Olimpia (2021, tammetrajlı bədii film) . Mən qardaşımı axtarıram (qısametrajlı bədii film,2022) . Stadionlar səssiz olanda (film, 2023) . "Şarlotta" (qısametrajlı bədii film,2026) . "Qurğuşun" ssenari müəlifi, prodüser. (qısametrajlı film,2026)

İstinadlar

Xarici keçidlər Azərbaycan filmi Kannda yarışır: "Böyük qürurdur" - Əli Səttar Quliyev Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub Azərbaycanlı rejissorun filmi Sankt-Peterburqda nümayiş etdirilib "Film Bakı və Zaqatala ərazisində çəkilib" - Əli-Səttar Quliyev "İki tüstü" adlı 18+ film çəkildi - Azərbaycanda - VİDEO