right|thumb|Britaniya tabloidləri, 5 iyul 2011-ci il

Tabloid — qəzet sənayesində istifadə olunan 430 mm × 280 mm ölçülü kiçik bir qəzet formatıdır. Əsasən sensasiyalı və maqazin xəbərləri nəşr edən qəzetlərin üstünlük verdiyi bu çap ölçüsü Birləşmiş Krallıqda hələ də populyar olaraq qalmağa davam edir. Tabloid qəzetlərə böyük şəhərlərdə metro/avtobus/qatar və s. ictimai nəqliyyat vasitələrində daha asan oxuna bilindiyi üçün oxucular tərəfindən üstünlük verilir. XX əsrin birinci yarısından etibarən istifadə olunmağa başlayan bu format xüsusilə Qərbi Avropa və ABŞ-də geniş yayılmış və hal-hazırda da istifadə olunur."tabloid, n. and adj.", Oxford English Dictionary online

İstinadlar

Əlavə ədəbiyyat Bessie, Simon Michael. Jazz Journalism: The Story Of The Tabloid Newspapers (1938) online

Xarici keçidlər

Kateqoriya:Mətbəə Kateqoriya:Qəzet formatları