Ürgə — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Lənkəran rayonunun Göyşaban kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Ürgə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Coğrafiyası və iqlimi Xəzər dənizin sahilində yerləşən kənd əsasən qumsal torpaqlardan ibarətdir. Lənkəran şəhərindən 8 kilometr məsafədə yerləşir. Göyşaban, Veravul Girdəni kəndləri və Liman şəhəri ilə həmsərhəddir.

Əhalisi Əhalisi 2500 nəfərdir. Əhali əsasən XX əsrin 60-cı illərində Marso sovxozu yaradılarkən Lerik və Yardımlı rayonunun kəndlərindən köçüb gələnlərdir. Eyni zamanda əhalinin köçü bu gün də davam edir.

Din Kənddə Ürgə kənd məscidi dini icması fəaliyyət göstərir.MÜSƏLMAN DİNİ İCMALAR - 2016-cı ildə qeydiyyatdan keçənlər . scwra.gov.az

İstinadlar

Həmçinin bax

Kateqoriya:Lənkəran rayonunun kəndləri Kateqoriya:Lənkəran rayonunun yaşayış məntəqələri