Mehrişah Validə Sultan külliyəsi — İstanbulda XVIII əsrə aid külliyə. Osmanlı sultanı III Mustafanın xanımı və III Səlimin anası Validə Mehrişah Sultanın sifarişiylə inşa olunan külliyə sübyan məktəbi, türbə, imarət, səbil və çeşmələrdən ibarətdir.Gizem Bodur, İstanbul-Eyüp Mihrişah Valide Sultan Külliyesi ve Semtin Fiziki Gelişimine Etkisi. Yüksek Lisans Tezi. İstanbul Medeniyet Üniversitesi. İstanbul 2024.

Külliyənin strukturu

Türbə Külliyənin strukturuna aid ilk bina olub, 1792-1794-cü illərdə inşa edilmişdir. Ağ mərmərdən, 12 oval üzlü, 2 sıra pəncərəli və günbəzli türbənin sütunları pəncərələr arasında yerləşir. Türbədə külliyənin banisi olan Validə Mehrişah Sultanla yanaşı, III Səlimin xanımlarından Rüfət Qadınəfəndi, bacıları Xədicə Sultan və Bəyxan Sultan və Sultan Əbdülməcidin xanımlarından Rəhimə Pərəstü Sultanın məzarları yerləşir.Demiriz, Yıldız. Eyüp’te Türbeler. Ankara: Kültür Bakanlığı Yayınları, 1989

İmarət Külliyədə çalışan xidmətçilər və yoxsullar üçün yemək bişirilib paylanan imarət binası çəhrayı-ağ mərmərdən inşa olunmuşdur. Giriş qapısı üzərində barokko üslubunda hazırlanan Maşallah yazısı asılmışdır. İmarətin həyəti isə sonralar məzarlıq olaraq istifadə edildi. Kavalalı Mustafa Fazil Paşa və bir çox ailə üzvü məhz burada dəfn edilmişdir.Budak, Ayşe. Gücü Besleyen Mimarlık: Osmanlı İmaretleri. Kayseri: Erciyes Üniversitesi, Sosyal Bilimler Enstitüsü, Doktora Tezi, 2015

Sübyan məktəbi Türbəylə qarşı-qarşıya inşa olunan sübyan məktəbinin ətrafı sonrakı illərdə məzarlıq olaraq istifadə edildi. 3 mart 1930-cu ildə qəbul edilən tədrisat qanunu ilə fəaliyyətini dayandırdı və yaşayış yeri olaraq istifadəyə verildi. 1970-ci ildə baş verən yanğın nəticəsində yararsız hala düşdü və 1995-ci ildə restavrasiya edildi.Aksoy, Özgönül. Osmanlı Devri İstanbul Sıbyan Mektepleri Üzerine Bir İnceleme. İstanbul: İstanbul Teknik Üniversitesi, Mimarlık Fakültesi, Doktora Tezi, 1968

Səbil və çeşmələr İmarətin çöl cəbhəsi üzərində yerləşən səbil yanlardakı 2 çeşməni örtən, geniş saçaqlı gövdəsiylə barok üslubda inşa edilmişdir.Affan, Egemen. İstanbul’un Çeşme ve Sebilleri: Resimleri ve Kitabeleri ile 1165 Çeşme ve Sebil. İstanbul: Arıtan Yayınevi, 1993

Qalereya

Mənbə Akkaya, Esma N. Y. Eyüpsultan Semti Sıbyan Mektepleri ve Yeniden İşlevlendirilmesi: Rami Mehmet Paşa Sıbyan Mektebi Örneği. (İstanbul: Yıldız Teknik Üniversitesi, Fen Bilimleri Enstitüsü, Yüksek Lisans Tezi, 2019 Aydın, Didem. Eyüp’te Mihrişah Valide Sultan Külliyesi ve Koruma Önerileri. İstanbul: İstanbul Teknik Üniversitesi, Fen Bilimleri Enstitüsü, Yüksek Lisans Tezi, 1998 Çetintaş, Sedat. ‘’Türklerde Su, Çeşme ve Sebil’’, Güzel Sanatlar 5 (1993): 125-147 Ergin, Osman Nuri. Türk Şehirlerinde İmaret Sistemi. İstanbul: Cumhuriyet Matbaası,1939 Gültekin, Gülbin. ‘’Mihrişah Valide Sultan Külliyesi’’, Dünden Bugüne İstanbul Ansiklopedisi. 5:459-461. İstanbul: Türkiye Ekonomik ve Toplumsal Tarih Vakfı, 2003 Kuban, Doğan. Türk Barok Mimarisi Hakkında Bir Deneme. İstanbul: İstanbul Teknik Üniversitesi Yayınları, 1954 Önkal, Hakkı. Osmanlı Hanedan Türbeleri. Ankara: Türk Tarih Kurumu Basımevi, 1992

İstinadlar

Kateqoriya:Osmanlı türbələri Kateqoriya:Türkiyə mavzoleyləri