ABŞ Prezident Kitabxanaları sistemi — Milli Arxivlər və Sənədlər İdarəsinin bir hissəsi olan Prezident Kitabxanaları İdarəsi tərəfindən idarə olunan 16 kitabxanadan ibarət ümummilli şəbəkə. Bunlar ABŞ-ın hər bir prezidentinin sənədlərini, qeydlərini, kolleksiyalarını və digər tarixi materiallarını qorumaq və əlçatan etmək üçün açılan müəssisədir. Kitabxana xidmətləri ilə yanaşı, prezidentliyə aid muzey sərgiləri də nümayiş etdirilir. Başqa prezident kitabxanaları və muzeyləri də var, lakin onlar özəl fondlar, ştatlar və ya tarixi cəmiyyətlər tərəfindən idarə olunur. Bir qayda olaraq, bütün bu kitabxanalar prezidentlərin doğulduğu ştatlarda yerləşir.

Barak Obama Prezident Mərkəzi (44-cü Prezident, 2009-2017) yeni model altında fəaliyyət göstərən ən son kitabxanadır.

Tarixi

Belə kitabxanalar yaranmazdan əvvəl prezidentlər və ya onların varisləri prezidentlik dövründə formalaşan sənədləri qoymağa yer tapmırdılar. Prezident Kitabxanaları bəzən prezident mərkəzləri də adlandırırlar.

Prezident Kitabxana Sistemi rəsmi olaraq 1939-cu ildə prezident Franklin Delano Ruzveltin şəxsi sənədlərini və prezidentliyi dövründə ortaya çıxan sənədləri hökumətə bağışladığı zaman açılıb. Eyni zamanda o, Nyu-Yorkdakı mülkünün bir hissəsini ölkəyə təhvil verdi, burada dostlarının və Ruzveltin özünün topladığı fonddan pul hesabına kitabxana və muzeyin tikintisinə başlandı. O, əmin idi ki, prezident sənədləri qorunub saxlanılmalı və hər kəs üçün əlçatan olmalı mühüm tarixi irsdir. Onun xahişi ilə Milli Arxivlər və Sənədlər İdarəsi bütün materialların təşkili və kitabxananın idarə olunması işlərini öz üzərinə götürdü. 1950-ci ildə Harri Trumen da eyni addımı atdı. O, həmçinin ABŞ Konqresinin işinin təşəbbüskarı olub, nəticədə 1955-ci il Prezident Kitabxanaları Aktı özəl şəxslər tərəfindən tikilən və dövlət təşkilatı tərəfindən idarə olunan kitabxanalar sistemini yaratdı.

Prezident kitabxanalarının siyahısı

Vorren Harding Prezident Kitabxanası Herbert Huver Prezident Kitabxanası və Muzeyi Franklin Ruzvelt Prezident Kitabxanası və Muzeyi Harri Trumen Prezident Kitabxanası Duayt Eyzenhauer Prezident Kitabxanası Con Kennedi Prezident Kitabxanası və Muzeyi Lindon Conson Prezident Kitabxanası və Muzeyi Riçard Nikson Prezident Kitabxanası və Muzeyi Gerald Ford Prezident Kitabxanası Cimmi Karter Kitabxanası və Muzeyi Ronald Reyqan Prezident Kitabxanası Corc Herbert Volker Buş Prezident Kitabxanası Bil Klinton Prezident Kitabxanası və Muzeyi Barak Obama Prezident Mərkəzi Donald Trump Prezident Kitabxanası Cefferson Devis Prezident Kitabxanası

Xarici keçidlər Presidential Libraries at the National Archives & Records Administration site Abraham Lincoln Presidential Library & Museum Rutherford B. Hayes Presidential Center McKinley Presidential Library & Museum Woodrow Wilson Presidential Library Calvin Coolidge Presidential Library and Museum Herbert Hoover Presidential Library and Museum Franklin D. Roosevelt Presidential Library and Museum Harry S. Truman Presidential Library and Museum The Eisenhower Presidential Library & Museum John F. Kennedy Presidential Library and Museum Lyndon B. Johnson Presidential Library and Museum Nixon Presidential Library Gerald R. Ford Presidential Library and Museum Gerald Ford Library at the University of Michigan Jimmy Carter Presidential Library and Museum Ronald Reagan Library and Museum George Bush Presidential Library and Museum Clinton Presidential Center George W. Bush Presidential Center and Library Jefferson Davis Presidential Library and Home

Kateqoriya:Kitabxanalar Kateqoriya:ABŞ Prezident kitabxanaları Kateqoriya:Prezident kitabxanaları Kateqoriya:ABŞ kitabxanaları Kateqoriya:ABŞ Prezidenti