Saymon H. Conson (; ) — Britaniya–ABŞ iqtisadçısı, Massaçusets Texnologiya İnstitutunun professoru, 2007–2008-ci illərdə Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı. 2024-cü ildə Conson, Daron Acemoğlu və Ceyms A. Robinson ilə birlikdə "xalqlar arasında rifah ilə bağlı apardıqları müqayisəli araşdırmalara görə" İqtisadiyyat Elmləri üzrə "Nobel" Memorial mükafatına layiq görülmüşdür.

Həyatı Saymon Conson 16 yanvar 1963-cü ildə Şeffilddə anadan olmuşdur.U.S. Public Records Index Vol 1 (Provo, UT: Ancestry.com Operations, Inc.), 2010. O, bakalavr pilləsini iqtisadiyyat və siyasət üzrə Oksford Universitetində başa vurmuşdur. Daha sonra 1986-cı ildə Massaçusets Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi (fərqlənmə ilə) almışdır. O, doktorantura təhsilini eyni universitetdə davam etdirmiş, 1989-cu ildə iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini alıb.

Karyerası Karyerası boyunca Dyuk Universiteti, Massaçusets Texnologiya İnstitutu daxil olmaqla müxtəlif universitetlərdə professor olar tədris etmiş, həmiçinin 2007–2008 illərində Beynəlxalq Valyuta Fondunda iqtisadi müşavir və tədqiqat departamentinin direktoru vəzifəsində çalışmışdır.

Araşdırmaları Conson sosial institutlar və iqtisadi inkişaf arasındakı əlaqələri təsvir edən çoxsaylı nüfuzlu tədqiqatların müəllifi və ya həmmüəllifidir. Onların arasında Acemoğlunun müəllifi olduğu "Güc və tərəqqi: Texnologiya və rifah üzərində minillik mübarizəmiz" (2023) və Conatan Qruberlə birlikdə yazılmış "Sıçrayışla başlayan Amerika: Elm iqtisadi inkişafı və Amerika xəyalını necə canlandıra bilər" (2019) kitabları var. Xalqlar arasında rifah baxımından böyük fərqlər var. Bunun vacib izahlarından biri cəmiyyət institutlarında davamlı fərqlərdir. Saymon Conson, Daron Acemoğlu və Ceyms Robinson avropalı müstəmləkəçilər tərəfindən tətbiq edilən müxtəlif siyasi və iqtisadi sistemləri araşdıraraq, institutlar və rifah arasında əlaqəni nümayiş etdirə biliblər. Onlar həmçinin, institutlardakı fərqlərin niyə davam etdiyini və institutların necə dəyişə biləcəyini izah edə biləcək nəzəri alətlər hazırlayıblar.

Əsərləri

Саймон Джонсон, James Kwak 13 банков, которые правят миром = 13 Bankers: The Wall Street Takeover and the Next Financial Meltdown (2010) / Предисловие В. Геращенко. — Карьера Пресс, 2013. — 384 с. ISBN 979-5-904946-40-1

İstinadlar

Əlavə ədəbiyyat

Johnson, Simon, "The Quiet Coup", Atlantic Monthly, May 2009

Xarici keçidlər

Faculty profile at MIT Johnson's co-blog at MIT Profile at the International Monetary Fund Column archive at Project Syndicate CV of Simon Johnson at the Center for Social and Economic Research (CASE)

Video (with audio-only available) of conversation with Johnson about economic issues on Bloggingheads.tv Simon Johnson's economics blog "Baseline Scenario" MIT video presentation of "13 Bankers: The Wall Street Takeover and the Next Financial Meltdown" April 16 2010 appearance on Bill Moyer's Journal, joined by colleague James Kwak

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:Britaniya iqtisadçıları Kateqoriya:Yoxlanılmamış tərcümə ehtiva edən səhifələr Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri