thumb|"Helikopter" və I Seti ilə II Ramzesin əsl heroqlifləri.

Helikopter heroqlifləri — qədim Misirin Abidos şəhərində yerləşən I Seti məbədində aşkar edilmiş heroqliflərə verilən ad. Bu təsvirlər firon I Setinin məbədindəki heroqlif yazılarında tapılmışdır və diqqəti ən çox çəkən cəhət onların müasir texnologiyalara – helikopter, sualtı qayıq, təyyarə və digər vasitələrə bənzəməsidir. Bu təsvirlər alimlər və konspirasiya nəzəriyyəçilərin müzakirələrinə səbəb olmuşdur.

Heroqliflər Abidos şəhəri qədim Misir mədəniyyətində mühüm bir mərkəz idi və ölüm, həmçinin yenidən doğuş tanrısı Osirisə həsr olunmuşdu. Şəhər dini mərasimlərin və ayinlərin keçirildiyi müqəddəs bir məkan kimi tanınırdı. E.ə. XIII əsrdə inşa edilmiş I Seti məbədi Abidosda tikilmiş ən böyük və ən möhtəşəm məbədlərdən biri olmaqla yanaşı, qədim Misir memarlığının və mədəniyyətinin nadir nümunələrindən biri hesab edilir.

Məbədin divarları qədim Misirin gündəlik həyatını, inanclarını və mifoloji təsəvvürlərini əks etdirən heroqliflərlə bəzədilmişdir. Bu yazılardan bir qrupu, xüsusi olaraq, müasir nəqliyyat vasitələrinə bənzər təsvirləri ilə fərqlənir. Helikopter, təyyarə və sualtı qayıq kimi təsvirlərin varlığı bu yazıların geniş elmi müzakirələrin mövzusu olmağına səbəb olmuşdur.

Fərziyyələr Arxeoloqların və Misirşünasların əksəriyyəti bu təsvirlərin təkrar oyma proseslərinin nəticəsi olduğunu iddia edir. İlk yazılar zamanla zədələnmiş, yenidən işlənmiş və nəticədə optik illüziya yaradan təsvirlər meydana gəlmişdir.

Konspirasiya nəzəriyyələrə və psevdoelmə görə, bu təsvirlər qədim sivilizasiyaların inkişaf etmiş texnologiyalarını göstərir və onların yadplanetli ziyarətçilərlə əlaqəsinin sübutu ola bilər. Belə fikirlər qədim dünyanın yadplanetlilər tərəfindən ziyarət olunduğunu və bu texnologiyaların onlardan mənimsənildiyini irəli sürür.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Misir heroqlifləri Kateqoriya:Abidos Kateqoriya:Psevdoarxeologiya Kateqoriya:Pareidoliya Kateqoriya:Koqnitiv təhriflər