Barr Corc () — Amerikalı rəssam.

Həyatı Corc 1859-cu il 14 apreldə Ohayo ştatının Munroe Falls şəhərində anadan olub. 10 yaşında olarkən ailəsi ilə bərabər Missuri ştatının Kameron şəhərinə köçüb."George Elbert Burr (1859–1939)". Taos and Santa Fe Painters. 3 November 2017. Retrieved 2019-06-28. 1910-cu ildə Denverdə özü və ailəsi üçün kərpicdən ev və studiya tikib. Bina "Qadın Mətbuat Klubu" tərəfindən alınıb və hazırda klub binası kimi fəaliyyətinə davam edir."Curator's Corner 2: Subtle Visions of the West". Denver Public Library. Retrieved 2019-06-28. 1924-cü ildə Barr, Arizona ştatının Feniks şəhərində məskunlaşıb və ömrünün sonuna qədər burada qalıb. 1941-ci ildə həyat yoldaşı vəfat edib və hər ikisi Kameronda dəfn edilib."George Elbert Burr". Find a Grave. Retrieved 2019-06-28.

Karyerası Barr ilk rəssamlıq təhsilini anasından alıb. 1878-ci ilin dekabrında Çikaqo Dizayn Akademiyasında təhsil almağa gedib 1879-cu ildə isə təhsilini tamamlamadan geri qayıdıb. O, qayıtdıqdan sonra atasının mağazasında işləyib. Bu müddət ərzində o öz sənətini də davam edib. "George Elbert Burr". 1stdibs. Retrieved 2019-06-28. 1892-ci ildə o, Metropolitan İncəsənət Muzeyi üçün Heber R. Bishopun nəştdən qədim əşyalar kolleksiyasının kataloqunu təsvir edən dörd illik layihəyə başlayıb. Barr layihədən qazandığı məvaciblə həyat yoldaşı ilə bərabər qastrol səfərinə çıxıb. O, İtaliya, Almaniya və Britaniya adalarını səyahət edib. Amerikaya qayıtdıqdan bir neçə il sonra səhhətindəki problemlər səbəbi ilə Denverə köçüb.

Bu gün Corc Barr 20-ci əsrin əvvəllərindəki Amerika rəssamlarının ən yaxşılarından biri hesab olunur. Onun çapları Smithsonian Amerika İncəsənət Muzeyi,"George Elbert Burr". Smithsonian American Art Museum. Retrieved 2018-08-02. Britaniya Muzeyi, Fransa Milli Çap Kolleksiyası, Lüksemburq Qalereyası, Viktoriya və Albert Muzeyi, Nyu-York İctimai Kitabxanası, Bruklin Muzeyi,"Brooklyn Museum". www.brooklynmuseum.org. Retrieved 2018-08-02. Şimali Arizona Muzeyi və Vaşinqtondakı Konqres Kitabxanası, kimi bir sıra yerlərdə əsərləri saxlanılır."Etchings by American Artist George Elbert Burr at MNA". Museum of Northern Arizona. 2006-03-17. Retrieved 2018-08-02.

Həmçinin bax Vilyam Törner Donat Zoqbaum Rufus

Xarici keçidlər George Elbert Burr papers, 1885–1972 George Elbert Burr GEORGE ELBERT BURR

İstinadlar

Kateqoriya:XX əsr ABŞ rəssamları