Manuel Antonio Sarausa Klavyer (; ) — İspaniya hərbi pilotu, İkinci İspaniya Respublikası tərəfində İspaniyada vətəndaş müharibəsi iştirakçısı. Polikarpov I-16 "Mosca" nın ən yaxşı ispan pilotlarından biri hesab olunur.Andrés García Lacalle (1973); Mitos y verdades: la aviación de caza en la Guerra España, pág. 428

Həyatı Manuel Sarausa Klavyer 19 may 1917-ci ildə Santonyada anadan olmuşdur. O, 1934-cü ildə könüllü olaraq hərbi aviasiyaya getmişdir. Burada iki il təlim keçdikdən sonra İspaniya vətəndaş müharibəsi başlamışdır.Aviadores del Ejército del Aire

Santyaqo-de-la-Ribera Pilot Məktəbində (Mursiya) kursu bitirdikdən sonra çavuş rütbəsi almış və Polikarpov İ-15 "Çato" təyyarəsinin pilotluğuna başlamışdır. 1937-ci ilin sonunda 3-cü eskadrilyaya təyin edilmişdir. Qısa müddət sonra Bilbao və Santander döyüşlərində iştirak etmişdir.R. Cargill Hall (2011); Five Down, No Glory: Frank G. Tinker, Mercenary Ace in the Spanish Civil, pág. 166 Həmin ilin dekabrında 4-cü eskadrilyanın komandiri olmuşdur və Teruel döyüşündə iştirak etmişdir. 1938-ci ilin iyununda İ-16 təyyarələrindən təşkil olunmuş 21-ci qırıcı eskadriliyanın komandiri təyin olundu,Estanislao Abellán Agius (1999); Los cazas soviéticos en la guerra aérea de España, pág. 120 bununla da o, qırıcı eskadriliyalara rəhbərlik edən üç ispan pilotdan biri oldu. Sarausa bu eskadriliya ilə Ebro döyüşündə və Kataloniya əməliyyatında fəal iştirak etmişdir. Franko tərəfdarı qüvvələrə əsir düşməmək üçün öz təyyarəsi ilə Fransaya sığınmışdır.

Respublikanın süqutundan sonra Sovet İttifaqına köçmüşdür. O, burada Sovet Hərbi Hava Qüvvələrində polkovnik rütbəsində, digər ispan pilotları ilə birlikdə Xarkovda (Ukrayna) yerləşdirilmişdir. Sovet aviasiyasının bir hissəsi kimi İkinci Dünya müharibəsinin başlaması ilə arxa cəbhəyə təxliyə edilmiş və daha sonra hərbi əməliyyatlarda iştirak etmişdir. 12 oktyabr 1942-ci ildə Bakıda, Keşlə aeroportunda təlim uçuşu zamanı digər təyyarə ilə toqquşma nəticəsində həlak olmuşdur.Rafael Permuy Lopez: Spanish Republican Aces, nakl. Osprey Publishing, Oxford 2012, ISBN 978 1 84908 668 4 O, İspaniya vətəndaş müharibəsi illərində ən azı 23 düşmən təyyarəsini vurmuşdu (ispan mənbələrinə görə – 10) və respublika aviasiyasının ən görkəmli pilotlarından biri idi.

2019-cu ildə doğulduğu Santonyada Manuel Sarausa Klavyerin xatirə lövhəsi açılmışdır. Açılış mərasimində yerli sakinlər, yerli administrasiyanın nümayəndələri, o cümlədən şəhər meri, hərbi tarixçilər, aviatorun törəmələri və rusiyalı diplomatlar iştirak ediblər.

İstinadlar

Kateqoriya:İkinci Dünya müharibəsi hərbçiləri Kateqoriya:SSRİ pilotları Kateqoriya:İspaniya hərbçiləri Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ pilotları