Frieren: Beyond Journey's End, Yaponiyada tanınan adı ilə – Kanehito Yamada tərəfindən yazılan və Tsukasa Abe tərəfindən illüstrasiya olunan manqa seriyası. 2020-ci ilin aprelindən "Shogakukan" nəşriyyatının "Weekly Shōnen Sunday" jurnalında nəşr olunur. 2025-ci ilin aprelinə qədər 15 tankobon cildi buraxılmışdır. Manqa seriyasında hadisələr Friren adlı güclü elf sehrbazın yaşadığı fentezi dünyasında baş verir. O, İblis kralı məğlub edən Qəhrəmanlar komandasındakı yoldaşı Himmeli yenidən görmək üçün ruhların dincəldiyi yerə doğru səyahətə çıxır.
Seriya əsasında "Madhouse" studiyası tərəfindən çəkilən anime serialı adaptasiyasının birinci mövsümü 2023–2024-cü illərdə, ikinci mövsümü 2026-cı ildə buraxılmışdır. Üçüncü mövsümün 2027-ci ilin oktyabrında buraxılması planlaşdırılır.
Məzmun
Elf sehrbaz Friren 10 illik səyahətdən sonra İblis kralı məğlub edən və dünyada sülhü bərqərar edən Qəhrəmanlar komandasının keçmiş üzvüdür. Bu komandaya insan qəhrəman Himmel, cırtdan döyüşçü Ayzen və insan keşiş Hayter də daxildir. Onlar ayrılmazdan öncə hər 50 ildən bir baş verən Era meteorit yağışını seyr edirlər. Friren 50 il sonra yenidən görüşməyi və meteorit yağışını daha mənzərəli bir yerdən izləməyi təklif edir. Daha sonra Friren yeni sehrlər axtarmaq üçün səyahətə çıxır. Friren elf olduğu üçün həddən çox uzunömürlüdür. Bu səbəbdən onun üçün illər və ya onilliklər çox qısa müddət kimi gəlir. Zaman qavrayışı fərqli olduğundan Frirenin Himmelin komandası ilə 10 illik səyahəti onun üçün qısa təcrübə kimi gəlir.
50 il sonra Friren paytaxta qayıdır və keçmiş yoldaşlarlarının qocaldıqlarını görür. Yoldaşları ilə sonuncu dəfə meteorit yağışını izlədikdən sonra Himmel yaşlılıqdan ölür. Dəfn mərasimi zamanı Friren onu daha yaxşı tanımağa cəhd etmədiyi üçün peşmançılığını ifadə edir. O, digər yoldaşlarını da ziyarət edir. Hayterin xahişi ilə yetim qalmış uşaq olan Ferni şagirdi kimi qəbul etməyə razı olur. Daha sonra Ayzenin dəvəti ilə şimala səyahət etməyə və ruhların dincəldiyi yerə çataraq Himmeli yenidən görməyə, beləliklə, öz hislərini ona ötürməyə qərar verir. O, Fernlə birlikdə səyahət edərkən Ayzenin şagirdi olan gənc döyüşçü Ştark da onların komandasında qoşulur.
İstehsal Kanehito Yamada "Frieren" üzərində işləməzdən öncə 2017-ci ildə "Bocchi Hakase to Robot Shōjo no Zetsubō Teki Utopia" manqasını tamamlamışdır. Bu manqanı bəyənən məsul redaktor Katsuma Oqura serializasiya başa çatdıqdan sonra Yamadaya yaxınlaşaraq vanşot manqa hazırlamasını istəmişdir. Bir neçə qaralama versiya hazırlansa da, ortaya çıxan işdən məmnun qalmamışdırlar. Yamadanın mükafat qazanan ilk işi qəhrəman və iblis kral haqqında olan komediya manqası olduğu üçün Oqura oyun və fentezi biliklərindən istifadə edərək bu mövzuda komediya manqası hazırlamağı təklif etmişdir. Nəticədə, Yamada "Frieren" manqasının birinci fəsilinin qaralama versiyasını hazırlamışdır. Oqura qaralama versiyanı görəndə gülməyə başlamış və bunun komediya olmadığını bildirmişdir, lakin ideyanı bəyənmişdir. Yamada ilk hekayə lövhəsini tamamladıqdan sonra Oqura illüstrator Tsukasa Abe ilə əlaqə saxlayaraq personajları çəkməsini istəmişdir. O, əvvəlcə Frirenin A4 vərəqdə eskizini çəkmişdir. Yamada personajların dizaynını bəyəndikdən sonra ilk hekayə lövhəsi layihə kimi redaksiya şöbəsinə göndərilmişdir. Baş redaktorun müsbət reaksiyasından sonra onlar ikinci fəsili hazırlamışdırlar. İkinci fəsil tamamladıqdan sonra vanşot yerinə "Weekly Shōnen Sunday" jurnalı üçün manqa seriyası kimi çıxarmağa qərar vermişdirlər.
Oqura və Yamada manqanın adı üçün müzakirələr aparsalar da, ortaq məxrəcə gələ bilməmişdirlər. Oqura redaksiya görüşlərinin birində redaktorlara müraciət edərək manqaya uyğun bir ad tapacaq şəxsə öz cibindən 10.000 yen mükafat verəcəyini bildirmişdir. Təkliflərdən biri baş redaktor tərəfindən irəli sürülən adı idi. Yamada və Abe bu addan istifadə etməyə qərar vermişdirlər.
Anime Anime adaptasiyasının bəstəkarı Evan Koll animenin musiqisini bəstələmək üçün bir neçə ölkəyə səfər etmişdir. Orkestr və xor hissələrini qeydə almaq üçün Budapeştə getmiş, folklor musiqisini qeydə almaq üçün Yaponiyaya qayıtmışdır. Animenin prodüseri Yuiçio Fukişi müsahibəsində bildirmişdir ki, "Toho Animation" studiyasının icraçı direktorları sadəcə animeni istehal etmək yox, həm də animeni 12 seriyadan artıq çəkmək barəsində də onu cəsarətləndirmişdirlər. O bildirmişdir ki, "animenin 28 seriyadan ibarət olması onlar üçün böyük bir tapşırıq idi, çünki bu, tipik anime mövsümlərindən fərqli olaraq, əlavə bir cildi də animeyə çəkmək demək idi".
Media
Manqa
"Frieren: Beyond Journey's End" manqası Kanehito Yamada tərəfindən yazılır və Tsukasa Abe tərəfindən illüstrasiya olunur. Manqa 28 aprel 2020-ci ildə "Shogakukan" nəşriyyatının "Weekly Shōnen Sunday" jurnalında serializasiya olunmağa başlamışdır. İlk tankobon cildi 18 avqust 2020-ci ildə buraxılmışdır. 18 dekabr 2025-ci ilə qədər 15 tankobon cildi buraxılmışdır.
Manqa əsasında fərqli müəlliflər tərəfindən hazırlanmış 5 vanşot spin-off manqası "Shogakukan" nəşriyyatının "Sunday Webry" manqa vebsaytında 22–26 may 2023-cü ildə yayımlanmışdır: Kassan tərəfindən , Ren Miura tərəfindən , Jona tərəfindən , Kazumi Yamaquçi tərəfindən və Soiçi İqaraşi tərəfindən Bu manqaların fəsilləri "Shogakukan" nəşriyyatı tərəfindən 18 dekabr 2023-cü ildə adlı tək cild formatında buraxılmışdır.
Anime
"Madhouse" studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası 29 sentyabr 2023-cü ildə iki saatlıq epizodla yayımlanmağa başlamışdır. Anime bədii filmlər üçün nəzərdə tutulmuş "Kinyō Roadshow" (NTV) veriliş blokunda yayımlanan ilk anime serialı olmuşdur. 28 seriyadan ibarət ilk mövsüm iki hissə şəklində yayımlanmış və 2024-cü ilin martında bitmişdir. Birinci açılış mahnısı "Yoasobi" tərəfindən ifa olunan mahnısı, birinci bağlanış mahnısı Milet tərəfindən ifa olunan "Anytime Anywhere" mahnısıdır. İkinci açılış mahnısı "Yorushika" tərəfindən ifa olunan mahnısıdır. İkinci bağlanış mahnısı kimi "Anytime Anywhere" mahnısının fərqli hissəsindən istifadə olunmuşdur. "Toho" animenin seriyalarını 24 yanvar–17 iyul 2024-cü il tarixləri arasında 7 cilddən ibarət DVD/Blu-ray seti şəklində buraxmışdır. Evan Koll tərəfindən bəstələnmiş orijinal saundtrek albomu 17 aprel 2024-cü ildə buraxılmışdır.
2024-cü ilin sentyabrında ikinci mövsüm anons edilmişdir. İkinci mövsümün rejissoru Tomoya Kitaqava, köməkçi rejissoru Dayki Haraşina, personaj dizaynerləri Takasemaru, Keysuke Kocima və Yuri Fucinakadır. Birinci mövsümün rejissoru Keyiçiro Sayto ikinci mövsümün dəstəkçi rejissorudur. İkinci mövsüm 16 yanvar 2026-cı ildə yayımlanmağa başlamış və 27 martda başa çatmışdır. Açılış mahnısı "Mrs. Green Apple" qrupu tərəfindən ifa olunan "Lulu" mahnısı, bağlanış mahnısı Milet tərəfindən ifa olunan "The Story of Us" mahnısıdır. Mövsümün sonuncu seriyasının bağlanış mahnısı kimi Milet tərəfindən ifa olunan "Trace" mahnısından istifadə olunmuşdur.
İkinci mövsümün başa çatmasından dərhal sonra üçüncü mövsüm anons edilmişdir. Üçüncü mövsümün 2027-ci ilin oktyabrında buraxılması planlaşdırılır və manqadakı "Qızıl topraq" hekayə arkını əhatə edəcək.
Anime serialı ilə eyni zamanda adlı qısa çibi minianime serialı da buraxılmışdır. Animenin 11 seriyadan ibarət ilk mövsümü 11 oktyabr 2023-cü ildən 24 mart 2024-cü ilə qədər "Toho Animation" studiyasının rəsmi "YouTube" kanalında və animenin rəsmi saytında buraxılmışdır. 6 seriyadan ibarət ikinci mövsüm 2 apreldən 3 sentyabr 2025-ci ilə qədər buraxılmışdır. Üçüncü mövsüm 19 yanvar 2026-cı ildə yayımlanmağa başlamışdır.
Digər "Shogakukan" nəşriyyatı 12 yanvar 2024-cü ildə seriyanın rəsmi fanat kitabını buraxmışdır. Kitabda seriya haqqında, illüstrasiyalar, xülasələr, ilkin personaj dizaynları yer alır. Mey Haçimoku tərəfindən yazılmış prikvel romanı 17 aprel 2024-cü ildə buraxılmışdır. Romana Friren, Fern, Stark, Kanne, Lavine və Aura haqqında olan 5 hekayə daxildir.
Qəbul thumb|Friren kospleyi.|200px Manqa "Anime News Network" saytının tənqidçisi Rebekka Silverman manqanın ilk cildinə "A-" reytinqi vermişdir. O, Frirenin digərlərindən daha çox yaşaması konsepsiyasını və digər insanların emosiyalarını anlamağa çalışması ideyasını bəyənmiş, manqanın fentezi janrına olan yanaşmasını maraqlı hesab etmişdir. Eyni saytın tənqidçisi Riçard Aysenbeys manqanın ikinci cildini tərifləmiş, emosional hekayələri və insan təbiətinin tematik mövzularını yaxşı çatdırdığını qeyd etmişdir. "UK Anime Network" saytının tənqidçisi Ross Loksli manqanı "To Your Eternity" manqası ilə oxşarlıq təşkil etdiyini demişdir. "Otaku USA" saytının tənqidçisi manqanı "Üzüklərin hökmdarı" seriyası ilə müqayisə etmişdir.
"Frieren" bir sıra manqa mükafatlarına layiq görülmüşdür. 2021-ci ildə Manqa Tayşo Mükafatını və "Yeni müəllif" nominasiyası üzrə Osamu Tezuka Mədəniyyət Mükafatını qazanmışdır. 2023-cü ildə Shogakukan Manqa Mükafatına, 2024-cü ildə "Ən yaxşı şonen manqası" nominasiyası üzrə Kodansha Manqa Mükafatına layiq görülmüşdür.
Anime Anime adaptasiyası tənqidi uğur əldə etmişdir. "Digital Spy" saytının tənqidçisi Ali Qriffits animeni 2023-cü ilin ən yaxşı fentezi animelərindən biri adlandırmışdır. "Anime News Network" saytının tənqidçisi Riçard Aysenbeys əsas personajlar arasındakı dinamikanı, eləcə də, Firenin hekayəsini və xarakterini tərifləmişdir. "Anime Feminist" saytının tənqidçisi Si Ketvell animenin saundtrekini bəyənmiş və "The Legend of Zelda: Breath of the Wild" videooyununun musiqisi ilə müqayisə etmişdir.
Anime 2024-cü ildə "Ən yaxşı anime" və "Ən yaxşı həyat dilimi animesi" nominasiyaları üzrə Yaponiya Ekspo Mükafatının qalibi olmuşdur. Həmin il "Ən yaxşı anime" kateqoriyası üzrə IGN Mükafatına layiq görülmüşdür. 2025-ci ildə "İlin ən yaxşı animasiyası" və "Ən yaxşı musiqi" kateqoriyaları üzrə Tokio Anime Mükafatı Festivalının qalibi olmuşdur. 2025-ci ildə "Ən yaxşı dram", "Ən yaxşı arxa plan sənəti", "Ən yaxşı rejissor", "Ən yaxşı yan personaj" kateqoriyaları üzrə Crunchyroll Anime Mükafatını qazanmışdır.
Qeydlər
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2020-ci ilin manqaları Kateqoriya:2023-cü ilin anime serialları Kateqoriya:Dram anime və manqaları Kateqoriya:Macəra anime və manqaları Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Shogakukan manqaları Kateqoriya:Şonen manqaları Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Madhouse (şirkət) Kateqoriya:Shogakukan Manqa Mükafatının qalibləri Kateqoriya:Crunchyroll Anime Mükafatı qalibləri Kateqoriya:Fentezi teleserialları Kateqoriya:Macəra teleserialları