Nərgiz xanım (; ) — 31. Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri.
1830-cu ildə Anapada dünyaya gəldi. Əslən çərkəzlərin natuhay qoluna mənsub olub, Albora bəy və Dadusə xanımın qızıdır. Dövrün bir çox saray xanımları kimi, onun da saraya necə alındığı bilinmir. Ancaq saraya alındıqdan sonra Mahrinur və Münəvvər adını alan 2 bacısını yanına aldırdı. İbrahim bəy və Hüseyn bəy adlı 2 qardaşı isə dövlət xidmətinə alındı və kaymakam rütbəsinə qədər yüksəldi.Açba, Harun. Kadın efendiler: 1839-1924 . ISBN 978-9-759-96109-1
1847-ci ildə Çırağan sarayında Sultan Əbdülməcidlə nigahlanaraq dördüncü iqbal kimi hərəmə alındı. Ertəsi il yeganə övladı olan Mehmed Fuad Əfəndini (7 iyul 1848 - 28 sentyabr 1848) dünyaya gətirdi. Ancaq körpə yalnız 2 ay yaşaya bildi. Vərəm xəstəliyindən əziyyət çəkən Nərgiz xanımın oğlunun vəfatından sonra səhhəti pisləşdi və yalnız bir ay sonra - 26 oktyabr 1848-ci ildə vəfat etdi. Bəzi mənbələrdə isə ölüm tarixi 26 oktyabr 1858 olaraq göstərilir.Uluçay, Mustafa Çağatay (2011). Padişahların kadınları ve kızları. Ankara: Ötüken. ISBN 978-9-754-37840-5 Cənazəsi Yeni məsciddə Rəfiyə Sultan türbəsinə dəfn edilmişdir.
Mənbə
Ədəbiyyat
Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık. ISBN 978-6-051-71079-2 Alderson, Anthony Dolphin (1956). The Structure of the Ottoman Dynasty. Greenwood Publishing Group. ISBN 978-0-313-22522-2
İstinadlar
Kateqoriya:Osmanlı sultanlarının xanımları