Mayıl Hilal oğlu Əhmədov () — Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi (2011), III dərəcəli "Əmək" ordeni laureatı (2019), II dərəcəli "Əmək" ordeni laureatı (2024), 2003–2024-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, Dövlət qulluğunun baş müşaviri.

Həyat və fəaliyyəti Mayıl Əhmədov 1959-cu ilin oktyabrın 17-də Goranboy rayonunun Xan Qərvənd kəndində anadan olmuşdur. 1967–1977-ci illərdə Goranboy rayonu, Mirzə Məmmədov adına kənd orta məktəbində orta təhsil almışdır. O, 1983-cü ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

O, 1983–1989-cu illərdə Toxuculuq və Yüngül Sənaye işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi kitabxanasının müdiri, 1989–1991-ci illərdə isə Azərbaycan KP MK Siyasi Maarif Evi Kitabxanasının müdiri vəzifələrində çalışmışdır.

1991–2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi Təsərrüfat şöbəsi nəzdində Kitabxana (Prezident Aparatı Kitabxanası) müdiri olmuş Mayıl Əhmədov, 2001–2003-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin böyük məsləhətçisi, 2003-cü ildə yarandığı gündən 29 noyabr 2024-cü ilədək Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin şöbə müdiri — Prezident Kitabxanasının direktoru vəzifələrində çalışmışdır.

Mayıl Əhmədov 2008-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi yanında Ekspert Komissiyasının üzvü, 2023–2024-cü illərdə isə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq- informasiya fakiltəsində magistratura üzrə Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.

Ailəsi Mayıl Əhmədov ailəlidir. İki övladı, bir nəvəsi var.

Elmi fəaliyyəti Mayıl Əhmədov dövlət və ictimai xadimlərin fəaliyyətinə dair kitabların həmtərtibcisi və məsul redaktoru, kitabxana fəaliyyətinə dair bir sıra metodiki və soraq nəşrlərinin məsləhətçisi, redaktoru və rəyçisi, Prezident Kitabxanasında yaradılmış müxtəlif ictimai-siyasi və tarixi mövzularda 40-dan çox elektron layihənin buraxılışına məsul və ya rəhbəridir.

Onun rəhbərliyi dövründə Prezident Kitabxanası Azərbaycanın aparıcı kitabxanalarından birinə çevrilmiş, burada ilk dəfə olaraq kitab fondu Elektron Kataloqda tam əks etdirilmiş, məqalələrin Elektron kartotekası, Elektron kitabxana, prioritet mövzular üzrə çoxsaylı tammətnli informasiya resursları (portal və layihələr) yaradılmış, informasiya və biblioqrafiya xidmətinə dair dünyada mövcud olan yeni, səmərəli metod və texnologiyaların tətbiqi və öyrənilməsin və istifadəsinə xüsusi diqqət yetirilmişdir. Bu məqsədlə o, MDB və uzaq xarici ölkələrdəki aparıcı kitabxanalarla, bu sahədə tanınmış beynəlxalq təşkilatlarla işgüzar əlaqələrin qurulmasına çalışmış, Böyük Britaniya, İtaliya, İsveç, Finlandiya, İsveçrə, Polşa, Türkiyə, Yunanıstan, Belarus, Rusiya və Niderlandda keçirilən kitabxana işi sahəsində beynəlxalq tədbirlərdə iştirak etmişdir.

Elmi əsərlərinin adları Əhmədov, Mayıl. Biliklər cəmiyyətinin formalaşmasında elektron kitabxanaların yeri: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kitabxanasının İş təcrübəsindən / M. Əhmədov // Kitabxanalar biliklər cəmiyyətində: ikidilli Azərbaycan-Rusiya layihəsi / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyası Mədəniyyət və Kütləvi Kommunikasiyalar Nazirliyi.- Bakı, 2006.- S. 87–93. Əhmədov, Mayıl. Müasir tipli kitabxana informasiya cəmiyyətinin atributudur / M. Əhmədov // Azərbaycan.- 2006.- 20 avqust.- № 186.- S. 3. Ali dövlət orqanlarının kitabxanaları: Prezident Kitabxanası // Azərbaycan kitabxanaları XXI əsrin informasiya məkanında: rəqəmlər və faktlar / Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi; tərt.: S. Y. Məmmədəliyeva, L. A. Məmmədova; elmi red. S. Y. Məmmədəliyeva; bur. məsul F. Babayev; red. heyəti: S. Ə. Abbasov, Ə. Əhmədov.- Bakı, 2007.- I–II cild.- S. 14. Əhmədov, Mayıl. Kitabxanalarımızda informasiya texnologiyalarının tətbiqi onları keyfiyyətcə yeni təsisata çevirəcəkdir / M. Əhmədov // Xalq qəzeti.- 2007.- 14 mart.-№ 55.- S. 4. Əhmədov, Mayıl. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası bu gün / M. N . Əhmədov // Kitabxanaşünaslıq və informasiya.- 2010.- № 1.- S. 40–44. Əhmədov, Mayıl. Müasir tipli kitabxana informasiya cəmiyyətinin atributudur: [Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kitabxanasının fəaliyyəti haqqında] / M. Əhmədov // Kitabxana az.- 2010.- № 4.- S. 2–6. Əhmədov, Mayıl. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının ölkəşünaslıq və diyarşünaslıq fəaliyyəti / M. Əhmədov, Z. İsmayılov // Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur: toplu / tərt. L. A. Məmmədova; red. S. Ə. Abbasov; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi.- Bakı, 2011.- S. 89–98. Əhmədov, Mayıl. Azərbaycanda ali dövlət qurumlarına kitabxana-informasiya xidməti göstərən iri kitabxanalar / M. H. Əhmədov // Türk Konseyi Kütüphaneleri Mevcut Durum Sorunlar ve Öneriler Sempozyumu: Azerbaycan-Kazakistan-Kırqızistan-Türkiye: 3–5 Mayıs, 2012 / Avrasya Kütüphaneciler Birliği.- Ankara, 2012.- S. 203–219. Əhmədov, Mayıl. Prezident Kitabxanasının elektron resursu istifadəçilərə təqdim edilmişdir / M. Əhmədov // Вышка.- 2019.- 26 aprel.- № 16.- S. 11. Əhmədov, Mayıl. Azərbaycan kitabxana-şünaslığının patriarxı: [Abuzər Xələfovdur haqqında] / M. Əhmədov // Xalq qəzeti.- 2020.- 5 iyun.- № 106.- S. 10.

Təltifləri 2008-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunub. 2011-ci ilin 25 iyununda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətə və kitabxana işinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi fəxri adı veriib. 2014-cü ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunub. 2019-cu ilin 16 oktyabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda kitabxana işi sahəsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub. 2024-cü ilin 20 dekabrında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycanda kitabxana işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunub.

Həmçinin bax Azərbaycanın "Əmək" ordeni ilə təltif edilənlərin siyahısı Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçilərinin siyahısı Prezident Kitabxanası (Azərbaycan)

İstinadlar

Xarici keçidlər Prezident Mayıl Əhmədov və Qulu Məhərrəmli ilə bağlı sərəncam imzaladı

Kateqoriya:Prezident Kitabxanası (Azərbaycan) işçiləri