thumb|Nobel komitələrindən ikisi, fizika və kimya üzrə komitələr, eləcə də iqtisadiyyat üzrə Mükafat Komitəsi İsveç Kral Elmlər Akademiyasında yerləşir. thumb|Fiziologiya və ya Tibb üzrə Nobel Komitəsi Karolinska İnstitutunda yerləşir. thumb|İsveç Akademiyasında yerləşən Nobel Ədəbiyyat Komitəsi thumb|Norveç Nobel Komitəsi Nobel Komitəsi — Nobel mükafatı laureatlarının seçilməsi işinin çoxunu həyata keçirən təşkilat.

Nobel komitələri 5 Nobel komitəsi var ki, onların hər biri Nobelin təsis etdiyi beş nominasiyadan biri ilə bağlı qərar verir.

Fizika, kimya, fiziologiya, tibb və ədəbiyyat üzrə mükafatlar üzərində işləyən dörd Nobel Komitəsi İsveç Kral Elmlər Akademiyası (fizika, kimya və iqtisadiyyat elmləri), Karolinska İnstitutu (fiziologiya və tibb) və İsveç Akademiyasının (ədəbiyyat) xususi qurumlarıdır.

Bu Nobel Komitələri yalnız laureatları təklif edir, son qərar isə daha geniş iclasda qəbul edilir. Bu iclas fizika, kimya,Nobelprize.org: Prize Awarder for the Nobel Prize in Chemistry , accessed on March 28, 2014 iqtisad elmləri və ədəbiyyatNobelprize.org: Prize Awarder for the Nobel Prize in Literature , accessed on March 28, 2014 üzrə mükafatlar üçün bütün akademiyalardan, həmçinin fiziologiya və ya tibb üzrə mükafat üçün Karolinska İnstitutunda Nobel Assambleyasının 50 üzvündən ibarətdir.Nobelprize.org: Prize Awarder for the Nobel Prize in Physiology or Medicine , accessed on March 28, 2014Karolinska Institutet: Nobelpriset — den ärofyllda traditionen , accessed on March 28, 2014

Altıncı Nobel komitəsi Nobel sülh mükafatına cavabdeh olan Norveç Nobel Komitəsidir. Bu komitə həm işçi orqan, həm də onun mükafatının həlledici orqanı olduğu üçün fərqli statusa malikdir.Nobelprize.org: Prize Awarder for the Nobel Peace Prize , accessed on March 28, 2014

Norveç Nobel komitəsi Nobel Sülh mükafatı Stortinqdə (Norveç Parlamenti) və Norveç Nobel İnstitutunun bir hissəsində yerləşən, Norveç Nobel Komitəsi (norveçcə: Den norske Nobelkomité) tərəfindən verilir. Burada həm namizədlər seçilir, həm də yekun qərarı verilir.Орган, присуждающий Нобелевскую премию мира

Norveç Nobel Komitəsi hər il Alfred Nobelin vəsiyyətinə əsasən Nobel sülh mükafatı laureatlarını seçir. Beş üzv Norveç parlamenti tərəfindən təyin edilir.

Onun üzvləri Parlament tərəfindən təyin olunsa da, komitə özəl mükafatların verilməsi ilə məşğul olan özəl qurumdur. Komissiyanın iclasları institut binasında keçirilirdi və orada da qalib elan olunurdu. Lakin 1990-cı ildən etibarən mükafatlandırma mərasimi Oslo meriyasında keçirilir.

İstinadlar

Kateqoriya:Nobel mükafatı Kateqoriya:İsveç Kral Elmlər Akademiyası