thumb|right|282px| Fizioterapiya (yun. phýsis, təbiət + therapéia, müalicə) – xəstəlik, zədə, travma və ya qocalıq nəticəsində zəifləyən funksional hərəkətlərin bərpası üçün tibb sahəsi.
Məqsədi Fizioterapiya vasitəsilə insan hərəkət sisteminin pozuntusunun diaqnozu qoyulur, qarşısı alınır, müalicəsi və reabilitasiyası olur. Ağır travma və xroniki iltihabi proseslərdən sonra reabilitasiya zamanı fizioterapiya müalicənin tərkib hissəsidir. Fizioterapiya xidməti həm bütün bədənə, həm də müəyyən nahiyələrə tətbiq oluna bilər. İcra ediləcək prosedur xəstənin yaşından və xəstəliyin şiddətindən asılıdır.
İstiqamətləri Müalicəvi idman (LFK) — fiziki məşqlər, masaj. İnsan orqanizminə fiziki təsirin eksperimental üsulları:
Onlara daxildir:
Aşağı gərginlikli cərəyanlar: galvanizasiya, dörd kameralı və iki kameralı qalvanik vannalar, elektroforez, diadinamoterapiya, amplipuls terapiyası, fluktuasiya, elektrosonoterapiya, elektromiyostimulyasiya, transkranial və transvertebral mikropolyarizasiya Yüksək gərginlik cərəyanları: darsonvalizasiya, ultratonoterapiya, franklinizasiya Elektromaqnit sahəsi ilə: yüksəktezlikli terapiya (induktotermiya), ultra yüksəktezlikli terapiya, son dərəcə yüksəktezlikli terapiya, maqnit terapiyası, transkranial maqnit stimulyasiyası, maqnitoforez İşıqla: zaqar, fototerapiya, görünən, lazer terapiyası, rəng terapiyası, fotodinamik terapiya Səsli: ultrasəs terapiyası, fonoforez, vibroterapiya, şok dalğa terapiyası, qtavitasiya terapiyası Hava: aeroterapiya, aeroion terapiyası, aerozol terapiyası, speleoterapiya, haloterapiya, oksigen terapiyası, hipoksik terapiya, aromaterapiya Su: hidroterapiya, kompreslər (təpitmələr), yaş sürtmələr, nəm sarğılar, duşlar, sualtı duş-masaj, hidrogalvanik, sualtı, dərman və bitki mənşəli vannalar, hovuzlar Mineral su: ümumi və yerli vannalar, boşluqların və fərdi dəri sahələrinin suvarılması, balneoterapiya İstilik: parafin terapiyası, ozokerit terapiyası, peloid terapiyası, torf terapiyası, naftalan terapiyası, psammoterapiya, gil terapiyası, vannalar Təzyiq: ümumi hipobaroterapiya, hiperbaroterapiya və hiperbaroksigen terapiyası, yerli vakuum terapiyası, alternativ vakuum-hiperbaroterapiya
Fizioterapiyanın hər bir bölməsinə bu və ya digər fiziki faktorun istifadəsinə əsaslanan bir sıra üsullar daxildir.
Elektroforez və fonoforez fizioterapiya və farmakoterapiya arasında aralıq mövqe tutur, çünki bu fizioterapevtik prosedurlarda fiziki təsir (elektroforezdə elektrik cərəyanı və fonoforezdə ultrasəs) dərmanların dəri və selikli qişalar vasitəsilə bədənin daxili toxumalarına çatdırılması üçün istifadə olunur.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Alternativ tibb