I Murad və ya Murad Hüdavəndigar (Osmanlı türkcəsi: مراد اول — Murād-i evvel) (d. 29 iyun 1326) — 3-cü Osmanlı sultanı.
Həyatı
Şahzadəlik illəri 29 iyun 1326-cı ildə dünyaya gəldi. Atası 2-ci Osmanlı sultanı Qazi Orxan bəy, anası isə Yarhisar təkfurunun qızı Nilüfər Xatundur. Tarixi mənbələrdə və kitabələrdə "bəy, əmir-i-əzəm, xan, hüdavəndigar, padşah, sultan-üs-səlatin, məlik-ül-mülk" kimi ünvanlarla anılır. Osmanlı tarixində isə daha çox Murad Hüdavəndigar olaraq tanınır. Süleyman, Sultan, İbrahim, Xəlil və Qasım adlı qardaşları olsa da, bunlardan yalnız Süleymanla anaları bir idi. Taxt çıxdığı əsnada isə bu qardaşlarından yalnız Şahzadə İbrahim və Xəlil sağ idi.
Atası Orxan bəy, İzmitin fəthinə çıxmadan öncə (1337) onu Bursa sancaqbəyi təyin etdi və 12 yaşlı Murad kiçik yaşlarından yanında olan Lələ Şahin ağayla birlikdə Bursaya göndərildi.Neşrî, Cihannümâ (Unat), I, 162–164, 190–196, 210–310. İzmitin fəthinin ardından Əskişəhər sancaqbəyliyinə gətirildi. Rumeli fatehi olaraq tanınan qardaşı Süleyman Paşanın vəfatının ardından 1357-ci ildə lələsi Şahin Paşayla birlikdə Rumeliyə göndərildi. 1362-ci ilədək bu bölgədə şahzadə ünvanıyla hərbi fəaliyyət göstərdi.
Papa və Bizans imperatoru tərəfindən toplanan xaçlı donanmasının 1359-cu ildə Gelibolu yarımadasının hər iki tərəfini (Saros və Lapseki körfəzləri) zəbt etməsinin qarşısını alan Şahzadə Muradın əmrində dönəminin güclü hərbçiləri olan Şahin Paşa, Hacı İlbəy və Evrenos bəy vardı. Ancaq kiçik qardaşı Şahzadə Xəlilin yunan quldurlar tərəfindən əsir alınıb Foçaya aparılması atası Orxan bəyin Bizans imperatoru V İohann Paleoloqla atəşkəs bağlamasına səbəb oldu və bu atəşkəs şərtləri səbəbilə Şahzadə Murad Rumelidəki hərbi fəaliyyətlərini dayandırmalı oldu. Qardaşının təslim edilməsinin ardından (sentyabr 1359) fəth yürüşlərinə davam edən Şahzadə Muradın birlikləri Ədirnənin mühasirəsinə hazırlığa başladı. Belə ki, şəhərə dəstək verə biləcək İstanbul-Ədirnə yolu üzərindəki mühüm qalalar ələ keçirildi. Digər yandan Maritsa çayı yaxınlığındakı Keşan qalası və Trakyanın ikinci böyük şəhər mərkəzi olan Dimetoka qalası zəbt edilərək Ədirnə şəhəri tamamilə blokadaya alındı (1360/1361).Halil İnalcık, "Stefan Duşan’dan Osmanlı İmparatorluğuna: XV. Asırda Rumeli’de Hristiyan Sipahiler ve Menşeleri", 60. Doğum Yılı Münasebetiyle Fuad Köprülü Armağanı, İstanbul 1953, s. 207–248.
1361-ci ilin yazında Şahzadə Murad əmrindəki Rumeli birlikləri ilə birlikdə Ədirnəyə hücuma keçdi. Şəhərin 55 km şərqində qərargah qurdu və Şahin Paşa idarəsindəki ordunu qala üzərinə göndərdi. Ədirnə təkfuru Sazlıdərə istiqamətində önünü kəsməyə çalışsa da, məğlub olub geri çəkildi və gecə vaxtı gəmiylə Enesə qaçdı. Çox keçmədən Ədirnə əhalisi şəhəri Osmanlı birliklərinə təslim etdi (5 may 1361). Şahzadə Murad birliklərin başında Qum qalası qapısından şəhərə daxil oldu ancaq şəhərin mühafizəsi üçün Şahin Paşa ilə birlikdə Bolqarıstan çarlığına aid Plovdiv bölgəsinə yeni səfərə çıxdı.Oruç b. Âdil, Târih, Manisa Muradiye Ktp., nr. 1373, vr. 41a; a.e.: Tevârîh-i Âl-i Osmân, s. 20–26, 92–97. Ancaq bu əsnada Bursa qazısı Çandarlı Qara Xəlil Əfəndidən atasının vəfatı xəbərini aldı (mart 1362).
Səltənət illəri İznik və Əskişəhərdə olan qardaşları İbrahim və Xəlilin adamları, Qaraman və Ərətna bəyliklərinin də dəstəyini alaraq şahzadələrin adına Bursada taxtı ələ keçirmiş, Orxan bəyin ölümünü fürsət bilən Amasya əmirlərindən Bəxtiyar bəy Ankaranı, Qaraman birlikləri isə Sivrihisar bölgəsini işğal etmişdi. Bu səbəblə, Şahin Paşanı Rumeli bəylərbəyi təyin edərək dərhal Bursaya gələn Murad Çandarlı Qara Xəlil Əfəndinin tərtibiylə iğtişaşlar çıxmadan taxta cülus etdi. 1364-cü ilin yazında Şahin Paşadan Plovdivin fəthi xəbəri alındı. Bu bölgə daha sonra Rumelinin mərkəzi halına gətirildi.
Sultan Murad taxta çıxdıqdan sonra 1365-ci ilədək Qaraman və Ərətna bəyliklərinin müxalifəti səbəbilə Anadoludan ayrıla bilmədi. Belə ki, Qaramanoğlu Ələddin bəyin yardımıyla Ərətnada hakimiyyəti ələ alan Mehmed bəy Ankaranı əlində tutan Bəxtiyar bəylə birlikdə Osmanlı torpaqlarına hücum edirdi. 1362-ci ilin qışını Bursada keçirən Sultan Murad ertəsi ilin yazında Anadoluya səfərə çıxdı. Əskişəhər yaxınlığında Ərətnanın monqol birliklərini darmadağın etdikdən sonra Qaramanoğlu ordusu da geri çəkilməyə məcbur oldu. O əsnada mühasirədə olan Ankara qalasının ağsaqqalları qala açarlarını gətirərək təslim oldular. Beləcə, Qaraman və Ərətna təhlükəsi müvəqqəti olaraq aradan qalxmış oldu. left|thumb|270x270px|İsgəndəriyyəyə hücum edən səlib ordusu 1364-cü ildə Anadoludakı türkmən bəyliklərinə və Misirdəki Məmlüklərə qarşı yeni bir səlib yürüşünə hazırlıq başladı. 1365-ci ilin oktyabrında hərəkətə keçən Kipr donanması İsgəndəriyyəni ələ keçirmiş, Misirin ən zəngin ticarət limanı yandırılaraq xarabaya çevrilmişdi. İsgəndəriyyənin bu hala salınması Avropada müsəlmanlar üzərində ən parlaq qələbə olaraq elan edildi. Ertəsi il papanın tərtibatıyla bu dəfə Osmanlılar üzərinə yen bir səfər təşkil edildi və Gəlibolu işğal olundu (avqust 1366).
Sultan Murad, Rumelidə əldə etdiyi əraziləri Bizansa və səlib ordusuna qarşı qorumaq üçün daha öncədən 1366-cı ilin martında Rumeliyə keçmiş, Çanaqqala boğazı yoluyla Malqaraya gəlmişdi. İdrisi Bitlisiyə görə, 5 il Rumelidə qalan Sultan Murad bu müddət ərzində Bizans və Bolqarıstan mülklərinə hücumlar etdi və bəzi bölgələri fəth etdi. Maritsa çayı üzərindəki Çirmən qalası üzərinə birliklər göndərdi və qala çox keçmədən təslim oldu. Ardından İstanbul ətrafındakı bəzi qalaları və indiki Çatalca bölgəsini fəth etdi. Rumelidə əsasən Dimetokada qalmış, bu müddət ərzində Ədirnə sarayının tikilməsini əmr edərək saray inşasının ardından Ədirnəyə getmişdir (1369).
Bizansa qarşı 1366-cı ildə çıxdığı səfərdə Sultan Murad öncə Bolqar çarı İvan Aleksandrla müttəfiq idi. Bu ittifaqın səbəbi isə Bizans imperatorunun Bolqarıstan torpaqlarına göz dikməsi idi. Ancaq səlib ordusunun müdaxiləsiylə çarla imperator barışdı və Sultan Murad həmin ilin sonunda təkbaşına 2 cəbhədə döyüşməyə başladı. 1368-ci ilin yazında şərqi Bolqarıstan üzərinə yürüyən Osmanlı ordusu Balkan dağ keçidlərinə nəzarət edən Aydos və Karin bölgəsini ələ keçirdi. Ardından vaxtilə mühasirəyə alaraq geri çəkilməyə məcbur qaldığı Sozopol qalası üzərinə yürüdü və qala aman diləyərək təslim oldu. Həmin ilin qışını Ədirnə sarayında qalan Sultan Murad yazda Bizans üzərində hücuma keçdi və Pınarhisar, Kırklareli və Vizə qalalarını ələ keçirdi. Osmanlı ordusunun İstanbul istiqamətində irəliləməsi şəhərdə təşvişə səbəb oldu. İmperator V İohann son çarə olaraq katolikliyi tanıma bahasına, papanın dəstəyini ala bilmək üçün Romaya getdi.O. Halecki, Un emperour de Byzance à Rome, Warszawa 1930, s. 82–85, 169–212, 233, 241–309.
Sultan Murad Bizansla mübarizə apardığı əsnada, Qara Timurtaş Paşa rəhbərliyindəki birliklər cənubi Bolqarıstandakı Elhovo və Yamboli, Şahin Paşa rəhbərliyindəkiv birliklər isə mərkəzdə İhtiman və Samokov qalaları üzərinə göndərilmişdi. Timurtaş Paşa hər iki qalanı ələ keçirərək qənimətlə Ədirnəyə döndü. Şahin Paşa isə sözügedən qalaları ələ keçirdikdən sonra bölgədə qalaraq serblərlə mübarizəyə başladı. Bizans imperatorunun təhrikləriylə yeni seçilən papa V Urban səlib hərəkatının Osmanlılar üzərinə yönəlməsində önəmli rol oynasa da, 2 il boyunca İtaliyada qalan imperator türklərin Balkanlarda irəliləməsinə qarşı mühüm siyasi nəticə əldə edə bilmədi.
Əslində isə səlib ordusunun Gəlibolunu işğal edərək imperatora təslim etməsi (14 iyun 1367) Rumelidəki Osmanlı torpaqları üçün mühüm təhlükə kəsb edirdi. Üstəlik bu vəziyyət İstanbuldakı Katolik-Pravoslav ittifaqını dəstəkləyənlərin sayını artırmışdı. Gəlibolunun geri qaytarılması üçün təzyiq göstərən Sultan Murad Çirmən döyüşünün ardından aparılan sülh müzakirələrində bu şərti irəli sürdü. Digər yandan Trakyadakı fəthlərin ardından imperatorun Sultan Murada göndərdiyi elçilərə də bu şərt irəli sürülmüşdü. Bu vəziyyət isə serbləri Bizans cəbhəsinə yaxınlaşdırdı və tərəflər siyasi evliliklə müttəfiqə çevrildi (1368). Üstəlik tərəflər arasında illərdir davam edən məzhəb problemi də 1371-ci ilin mayında kilsələrin birləşdirilməsi ilə sona çatdı.G. Ostrogorski, Serska oblast posle dušanove smrti, Beograd 1965, tür.yer. left|thumb 1371-ci ilin yazında serblərin döyüş hazırlığına başlamasının ardından Şahin Paşa o əsnada Bursada olan Sultan Muraddan yardım istədi. Ancaq yardım qüvvələrinin gecikməsi səbəbilə serblər Çirmənə qədər müqavimətsiz irəlilədilər. Ədirnə artıq təhlükə altında idi. Anadolu birliklərini toplayaraq Çanaqqala boğazına qədər irəliləyən Sultan Murad bölgədəki Bizans qüvvələri səbəbilə Rumeliyə keçə bilmədi. Üstəlik bu bölgədə hələ də Bizansın əlində olan Qarabiqa qalası var idi və hər an cəbhə arxasından hücum gözlənilirdi. Bu səbəblə toplanan divan məclisində öncə Qarabiqa qalasının ələ keçirilməsinə qərar verildi. Qurudan və dənizdən ümumi hücumla qala mühasirəyə alındı (1371-ci ilin yayı).
Osmanlı xronologiyalarına görə, Çirmən döyüşü (26 sentyabr 1371) Hacı İlbəy rəhbərliyindəki birliklərin serblər üzərində etdikləri ani basqınla nəticələndi. Bu basqın nəticəsində təşvişə düşən serb əsgərlərinin bir hissəsi, eləcə də serb kralı Vukaşin Maritsa çayına düşərək boğuldu və qalan birliklər qılıncdan keçirildi. Sultan Murad Qarabiqa mühasirəsi davam edərkən qələbə xəbərini aldı. Döyüşdən sonra həlak olan kralın oğulları və qardaşı Sultan Murada tabe olub illik xərac verməyi qəbul etsələr də, çox keçmədən taxt mübarizəsində məğlub oldular. Serbiya uğrunda yerli əsilzadələr arasında çıxan bu mübarizə Sultan Muradın Balkanlardakı gücünü sabit hala saldı.
Sultan Murada qarşı imperatorla ittifaq quran və yeni səlib yürüşü təşkil etmək istəyən Papa V Urban 1370-ci ildə vəfat etdi. Beləcə, 2 məzhəbin birləşməsi və türklərə qarşı planlaşdırılan səlib yürüşü təxirə düşdü. Romada borc içinə düşən və kiçik hərbi birliklə İstanbula dönən imperator Osmanlılara tabe olmağa məcbur oldu (1372 qışı). Bizans imperiyası illik 15 min hyperper (1 hyperper yarım Venesiya qızılı idi) xərac ödəyəcək və Osmanlı sultanının səfərlərinə hərbi birlikləriylə vassal olaraq qatılacaqdı. Bu hadisə Osmanlının Rumeli və Balkanlardakı mülklərinin təhlükəsizliyi baxımından olduqca mühüm idi.
Osmanlı-Bizans ittifaqının qurulması isə ilk növbədə Roma papasını narahat edirdi. 1373-cü ilin payızında imperator, böyük oğlu Androniki taxtdan məhrum edərək kiçik oğlu Manueli varis elan etdi və bu hərəkətinin səbəbkarı olaraq Sultan Murad göstərildi. Bu hadisənin ardından imperatorun Romaya yazdığı məktubda isə Osmanlı ilə bağlanan bu ittifaqın müvəqqəti olduğu qeyd edilirdi. O illərdə Təbrizdən İstanbula gələn bir keşişin yazdığına görə, ittifaqın qurulmasının ardından İstanbula bir çox türk ailəsi köçürülmüş, şəhər sanki türkləşməyə başlamışdı.
Türklərə qarşı Balkanlarda təşkil ediləcək yeni bir səlib yürüşünə rəhbər olaraq Macar kralı seçilmişdi. Belə ki, Kral Lüdoviq papaya yazdığı məktubunda Bolqarıstan və Serbiya torpaqlarının ilhaqından sonra hədəfin Macarıstan krallığı olduğunu və buna qarşı 1374-cü ilin mayında səfərə azırlaşdığını qeyd edirdi. Dunay çayının cənub sahillərində möhkəmləməyə çalışan Kral Lüdoviq çox keçmədən Dalmasiyadakı rəqibi Venesiyaya müharibə elan etdi. Əslində macarların bu ərazilərdə irəliləməsi Sultan Muradın strategiyasına uyğun idi. Ancaq Bizans imperatoru kağız üzərində müttəfiq olduğu Osmanlılara qarşı papayla yazışmalara davam edir, Gəlibolu boğazının zəbt edilməsiylə türklərin Rumeliyə çıxışının qarşısını almağı planlaşdırırdı.