Xomyaklar və ya Hamsterlər — yeddi cinsdə təsnif edilmiş 19 növü əhatə edən Cricetidae fəsiləsinə mənsub olan gəmiricilər.

Xomyakların hekayəsi 1930-cu ildə Suriya Yəhudi Universitetinin zoologiya kafedrasının müəllimlərindən biri olan professor İsrail Aharuninin dişi xomyak və onun 12 körpəsini Suriya yaxınlığında yerləşən bir şəhərdən tapıb götürməsi ilə başlamışdır. Eyni universitetdə işləyən Dr. Ben Menahem bu balalardan iki dişi və bir erkək götürərək onları cütləşdirmişdir. Beləliklə də, insan əli ilə hazırlanmış olan birinci xomyak balaları əldə edilmişdir. Dr. Menahemə məxsus olan bu xomyak ailəsi müasir dövrdə bütün dünyada mövcud olan əhliləşdirilmiş xomyakların əcdadı hesab olunur.Barrie, Anmarie. 1995. Hamsters as a New Pet. T.F.H. Publications Inc., NJ .

Yaşayış sahələri

Xomyaklar Avropa və Qərbi Asiyada yerləşən kənd təsərrüfatı sahələrində və ya çöllərdə özlərinin yerin altında qazdıqları mürəkkəb yuvalarında yaşayırlar. Yuvalarında otlarla örtülmüş olan otaqları və qış üçün hazırladıqları qidalarını saxladıqları anbarları vardır. Onlar adətən meyvə, tərəvəz və taxılla qidalandıqları üçün bəzən kənd təsərrüfatı sahələrinə zərər verə bilirlər. Digər tərəfdən, onlar bayquş, şahin, qaraquyruq gəlincik və gəlincik kimi heyvanlar tərəfindən və həmçinin də insanlar tərəfindən ovlanırlar.

Xüsusiyyətləri

Hamsterin dərisi bədəninə tam yapışmamış olub elastik və yumşaq bir struktura malikdir. Onun dərisi adətən bədəni üçün çox böyük olan paltar kimidir. Gözləri parlaq və tam yuvarlaq, ayaqları isə tutmaq və yapışmaq üçün tam müvafiqdir. Buna görə də onlar yaxşı dırmaşmağı bacarırlar. Ön ayaqlarında dörd, arxa ayaqlarında isə beş barmaqları mövcud olur. Quyruğunun uzunluğu 1 sm-dən azdır və kütdür. Uzun tüklü növlərində quyruq tamamilə tüklərin altında gizlənmişdir. Onların uzunluğu 15-20 sm, çəkiləri isə təxminən 200 qram olur. Xomyaklar hər şeyi yeyən canlılardırlar. Bununla belə, əhliləşdirilmiş növləri ümumiyyətlə arpa, yulaf və buğda kimi quru qidalarla qidalanırlar. Qızıl xomyaklar üçün gündə təxminən 15 qram qida kifayət etdiyi halda, cırtdan xomyaklar üçün gündə təxminən 8 qram qida kifayət edir. Onlar həmişə verilən yeməyi yemək əvəzinə, bəzən onun bir hissəsini saxlaya bilərlər.

Yaşayış formaları

Xomyaklar təxminən iki il yaşayırlar. Rəngləri görə bilmədikləri kimi, uzağı görmə qabiliyyəti də çox inkişaf etməmişdir: digər tərəfdən, qoxu bilmə qabiliyyətləri və xüsusilə eşitmə hissiyatları çox yaxşı inkişaf etmişdir. Xomyakları digər gəmiricilərdən fərqləndirən ən maraqlı xüsusiyyət isə onların yanaqlarında mövcud olan kisələrdir. Xomyaklar qidalarını bu kisələrə yığır və yuvalarına apararaq saxlayırlar. Bu kisələr yanaqdan başlayır və çiyində bitir. Hər bir xomyak öz kisəsində bədən həcminin yarısı qədər qida daşıya bilər.Fox, Sue. 2006. Hamsters. T.F.H. Publications Inc.

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Animal Diversity Web: Cricetinae

Kateqoriya:Əhliləşdirilmiş heyvanlar Kateqoriya:Siçancıqlar Kateqoriya:Qriqori Fişer fon Valdheym tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Mövcud Miosen ilk görünüşləri Kateqoriya:Ev heyvanları Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Xomyaklar Kateqoriya:1817-ci ildə təsvir edilən taksonlar Kateqoriya:Məməlilər Kateqoriya:Siçanlar