Ağsuçay viaduku — Ağsu rayonunun ərazisində, Ağsuçayın üzərində inşa edilən viaduk tipli körpü. Muğanlı–İsmayıllı–Qəbələ yolunun tərkib hissəsi olaraq 2025-ci ildə tikintisinin yekunlaşması planlaşdırılır.
Viadukun çay üzərindən hündürlüyü 76,5 metr uzunluğu isə 1195 metr olacaq, asma qüllələrin hündürlüyü isə 142 metr olacaq, beləliklə Azərbaycan Respublikasında ən hündür və uzun körpü olacaq.
Muğanlı–İsmayıllı–Qəbələ yolu Ağsuçay viadukundan sonra qarşıya çıxan hündür dağın altından 884 metr uzunluğunda tuneldən keçəcək.
Tarixi
Körpünün inşası 2021-ci ilin mart ayında başladılmışdır və 2025 ildə yekunlaşması nəzərdə tutulur.
İstinadlar
Kateqoriya:Şamaxı rayonu Kateqoriya:Ağsu rayonu Kateqoriya:Azərbaycandakı körpülər Kateqoriya:Viaduklar