Bayandur Allahverdi oğlu Mehdiyev () — sənətşünas, professor, sənətşünaslıq namizədi, Azərbaycan SSR əməkdar artisti (1989).

Həyatı Bayandur Allahverdi oğlu Mehdiyev 1942-ci ilin yanvarın 15-də Füzuli rayonunda doğulub. Ü. Hacıbəyov adına Azəpbaycan Dövlət Konsertaiyasının skripka sinfi üzrə bitirmişdir (xalq artisti Azad Əliyevin sinfi). B. Mehdiyev Sankt-Peterburq konsevatoriyasında aspiranturanı Rusiyanın əməkdar incəsənət xadimi professor M. S. Vaytmanın sinfi üzrə bitirmişdir.

B. Mehdiyev, həmçinin filoloq olmuşdur. 10 nəsr əsəri çap olunmuşdur, elmi işi vardır.

25-ci ildən artıq Azərbaycan dövlət simli kvartetini artisti olmuşdur. 20 il orta musiqi məktəbinə rəhbərlik etmişdir. Almaniya və Rusiya musiqi kurslarında dərs demişdir.

О bir sıra Beynəlxalq və Respublika müsabiqələrdə münsifər heyətinin üzvü olmuşdur.

B. Mehdiyevin tələbləri Beynəlxalq respublika müsabiqələrinin diplomat lauratlarıdır. О, gənc ifaçıların Respublika müsabiqələrinnn təşkilatlarından biridir. "BUTA" Respublika Xeyriyə fondunun idarə heyətinin nümayəndəsidir.

İstinadlar

Kateqoriya:Azərbaycan sənətşünasları Kateqoriya:Füzulidə doğulanlar