Ceyn Ç. Bek (; ) — amerikalı folklorşünas və şifahi tarixçi. O, Vermont Folklor Mərkəzinin qurucusu və fəxri icraçı direktorudur. Bek Vermont folkloru və afroamerikalı inancları haqqında tədqiqatlar dərc etmişdir.

Həyatı və təhsili Ceyn (qızlıq soyadı Çoat) Nyu-Yorkun Lonq-Aylend şəhərində böyümüşdür. Onun atası Tomas Hayd Çoat investisiya bankiri, anası Ceyn Hart Çoat isə bir neçə xeyriyyə təşkilatında fəaliyyət göstərmişdir. Bek Merilend ştatındakı Sent-Timoti Məktəbində təhsil almış, daha sonra Vermont ştatında yerləşən Middlberi Kollecinə daxil olmuşdur. Burada Amerika ədəbiyyatını öyrənmiş və gələcək həyat yoldaşı, professor Horas Bek ilə tanış olmuşdur. O, Middlberi Kollecini bitirdikdən sonra Pensilvaniya Universitetində folklor üzrə magistratura təhsili almış və 1965-ci ildə Horas ilə evlənmişdir. 1969-cu ildə “Britaniya adaları və İrlandiyada ruhlar haqqında inanclar” adlı dissertasiya ilə doktorluq dərəcəsini müdafiə etmişdir.

Karyerası Bek 1978-ci ildə Vermont ştatının ilk dövlət folklorçusu kimi fəaliyyətə başlamışdır. Bu vəzifə Vermont İncəsənət Şurası tərəfindən yaradılmışdır. O, 1983-cü ildə Vermont Folklor Mərkəzini özəl qeyri-kommersiya təşkilatı kimi təsis etmiş və 2007-ci ilə qədər icraçı direktor vəzifəsində çalışmışdır.

Təqaüdə çıxdıqdan sonra Bek "Deyzi Törnerin nəsli: Afroamerikalı bir ailənin dastanı" adlı kitabını nəşr etdirmişdir. Deyzi Törner azad edilmiş afroamerikalı kölələrin qızı idi və kitab onun ailəsinin dörd nəsillik şifahi tarixini əks etdirir. Bek Törnerlə ilk dəfə 1983-cü ildə, o, 100 yaşında olarkən müsahibə aparmışdır. Kitab üzərində araşdırma aparmaq üçün Bek Virciniya, Qərbi Afrika və İngiltərəyə səyahət etmişdir.

Tanınması Bek 1995-1996-cı illərdə Amerika Folklor Cəmiyyətinin prezidenti olmuşdur. Onun prezident nitqi “Talking Stock” adlanırdı və cəmiyyətdə keçirdiyi 35 il barədə düşüncələrini əks etdirirdi. Bu çıxışda o, cəmiyyətin 100 üzvü ilə apardığı müsahibələrə əsaslanmışdır. O, Vermont Universitetinin Vermont Araşdırmaları Mərkəzi tərəfindən “Ömürlük Nailiyyət” mükafatına layiq görülmüşdür.2016-cı ildə “Deyzi Törnerin nəsli: Afroamerikalı bir ailənin dastanı” kitabı Amerika Fol klor Cəmiyyəti tərəfindən Verilənd D. Hand mükafatı və Çikaqo Folklor Mükafatına layiq görülmüşdür.

Seçilmiş nəşrləri Beck, Jane C. (1970). "The White Lady of Great Britain and Ireland". Folklore. 81 (4): 292–306. . Beck, Jane C. (1972). "The Giant Beaver: A Prehistoric Memory?". Ethnohistory. 19 (2): 109–122. . . Beck, Jane C. (1973). "'Dream Messages' from the Dead". Journal of the Folklore Institute. 10 (3): 173–186. . . Beck, Jane C. (1975). "The West Indian Supernatural World: Belief Integration in a Pluralistic Society". The Journal of American Folklore. 88 (349): 235–244. . . Beck, Jane C. (1976). "The Implied Obeah Man". Western Folklore. 35 (1): 23–33. . . Beck, Jane C (1979). To Windward of the Land: The Occult World of Alexander Charles. Bloomington; London: Indiana Univ. Pr. . Beck, Jane C (1982). Always in Season: Folk Art and Traditional Culture in Vermont. Montpelier, Vt.: Vermont Council on the Arts. . . Beck, Jane C (1995). Vermont recollections: sifting memories through the interview process. Orono: Maine Folklife Center. . . Beck, Jane C (1985). Legacy of the Lake: A Study Guide to Folklore of the Lake Champlain Region. Montpelier, Vt.: Vermont Folklife Center. Beck, Jane C (1988). The General Store in Vermont: An Oral History. Middlebury, Vt.: Vermont Folklife Center. . Beck, Jane C. (1997). "Taking Stock: 1996 American Folklore Society Presidential Address". The Journal of American Folklore. 110 (436): 123–139. . . Beck, Jane C. (2015). Daisy Turner's Kin: An African American Family Saga. Urbana. . . Gerzina, Gretchen; Beck, Jane C.; Kolovos, Andy; Chambliss, Julian C.; Veitch, Ezra; Bennett, Marek. (2021). Turner family stories : from enslavement in Virginia to freedom in Vermont. Middlebury, VT. . .

İstinadlar

Xarici keçidlər

Jane C. Beck speaking on the PBS network show 'Profile', 24 January 2005. Jane C. Beck speaking on the PBS network show 'Connect' about Daisy Turner's kin, 15 October 2015.

Kateqoriya:Folklorşünaslar