Sitta von Reden (d. 1962, Hannover) – almaniyalı antik tarixçi, Frayburqda Albert-Ludvigs-Universitetinin antik tarix üzrə professoru; O, xüsusilə qədim iqtisadiyyat, eləcə də Qədim Yunan-Roma dünyasının sosial və mədəni tarixi sahəsindəki tədqiqatları ilə tanınır.

Təhsili Von Reden Frayburqda yerləşən Albert-Ludviqs-Universitetində iqtisadiyyat və tarix ixtisası üzrə təhsil almış və 1987-ci ildə məzun olmuşdur. Daha sonra Berlin Azad Universiteti və Kembric Universitetində klassik filologiya və tarix üzrə təhsilini davam etdirmişdir.

O, Kembric Universitetində Antik tarix üzrə doktorluq dərəcəsi almışdır. Oksford Universitetinin Kvins Kollecdə Gənc tədqiqat təqaüdçüsü olmuşdur. 1993-cü ildə tamamladığı dissertasiyası Oksforddakı Yunan Fondu tərəfindən mükafatlandırılmışdır.

Fəaliyyəti Böyük Britaniyanın müxtəlif universitetlərində bir neçə il pedaqoji və elmi-tədqiqat fəaliyyəti göstərdikdən sonra 2005-ci ildə Auqsburq Universitetində habilitasiya müdafiə etmişdir. Onun tədqiqat mövzusu "e.ə. III əsrdə Misirdə pul dövriyyəsi" olmuşdur. Daha sonra Auqsburq Universiteti, Münster Universiteti və Münhen Ludvig-Maksimilian Universitetində antik tarix üzrə dərs demişdir. 2013-2014-cü illərdə Prinstondakı Təkmilləşdirmə İnstitutunda fəaliyyət göstərmişdir.

1 aprel 2010-cu ildən etibarən Albert-Ludviqs-Universiteti Frayburqda Yunan Tarixi üzrə professor vəzifəsində çalışır. Hazırda Frayburg Universitet Kollecinin dekanıdır.

Onun 2010-cu ildə nəşr olunmuş "Qədim dövrlərdə pul" adlı əsəri klassik dünyada pulun istifadəsi ilə bağlı müasir mübahisələrin əsas mövzularına "əla giriş" kimi qiymətləndirilmişdir.

Mart 2017-ci ildə von Reden, "İpək yolundan o taya" layihəsi üçün Avropa Tədqiqat Şurasından 2,5 milyon avrol almışdır. Bu layihə nəticəsində 2020-2023-cü illərdə üç cildlik "Qədim Afrika-Avrasiya İqtisadiyyatları Ensiklopediyası" nəşr olunmuşdur və Reden bu ensiklopediyanın baş redaktoru olmuşdur.

Əsərləri

1995. Exchange in Ancient Greece. Duckworth, London, . 1998. Paul Cartledge, Paul Millett, Sitta von Reden (ed.): Kosmos: Essays in Order, Conflict and Community in Classical Athens. Cambridge University Press, Cambridge, . 2002. Walter Scheidel, Sitta von Reden (ed.): The Ancient Economy. Edinburgh University Press, Edinburgh, . 2007. Money in Ptolemaic Egypt. Cambridge University Press, Cambridge, . 2010. Money in Classical Antiquity. Cambridge University Press, Cambridge. 2015. Die Antike Wirtschaft. (= Encyclopedia of Greco-Roman Antiquity, Volume 10). de Gruyter Oldenbourg, Berlin et al. . 2016. Money and Prices in the Papyri, Ptolemaic Period. Oxford Handbooks Online 2020–2023. Sitta von Reden (ed.): Handbook of Ancient Afro-Eurasian Economies (3 Volumes). de Gruyter Oldenbourg.

İstinadlar