Rəhilə İbadova () — Azərbaycanlı aktrisa.
Həyatı 1951-ci il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1986-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. 1969-cu ildən 2006-cı ildə həbs olunanadək (37 ildən artıq) Abdulla Şaiq adına Dövlət Kukla Teatrında səhnə ustası və aktrisa işləyib. "Tıq-tıq xanım", "Cırtdan" və bir çox nağılın qəhrəmanlarını (ümumilikdə 27 tamaşa) oynayıb. Lider TV-də dublyaj olunan cizgi filmlərinin səsləndirilməsində iştirak edib, "Adam ol" filmində çəkilib. Həbsdən azad edildikdən sonra işinə qaytarılan aktrisa 2020-ci ildə həm 70 yaşı tamam olduğu üçün, həm də səhhətinə görə işdən azad edilməsini xahiş edib.
Şəxsi həyatı 16 yaşında ailə qurub, beş uşaq anasıdır. 1999-cu ildə həyat yoldaşı vəfat edib. Əməkdar artist Firuzə İbadovanın bacısıdır.
Həbsi 2006-cı ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə təqsirləndirilərək 9 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi işi 8 ilə endirib. Cəza çəkdiyi dövrdə həbsxanadakı dram dərnəyinin rəhbəri olmuşdur. 2013-cü il dekabrın 11-də azadlığa buraxılıb.Azərbaycanlı müğənninin həbsdə olan bacısı azadlığa çıxdı. milli.az, 11. dekabr 2013
Filmoqrafiya Məhəbbətin hökmü (film, 1998)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan aktrisaları