Ejeni Qoldstern () İsveçrədə Alp xalq mədəniyyəti üzərində tədqiqatlar aparmış Avstriyalı antropoloq, folklorşünas.

Bioqrafiyası Ejeni Qoldstern 1884-cü ildə Odessa şəhərində yəhudi ailəsində doğulub. O, 14 uşaqdan ən kiçiyi idi. 1905-ci ildə Avstriyaya köçüb və beş il sonra Vyana Universitetində antropologiya üzrə təhsil almağa başlayıb. Burada o, o dövrün aparıcı xalq sənəti tədqiqatçılarından biri olan Maykl Haberlandtın tələbəsi olub. Lakin sonralar Haberlandt və onun oğlu Artur Haberlandt Üçüncü Reyxin tərəfdarları olmuş və yəhudi həmkarları ilə əlaqələrini kəsmişdilər.

Qoldsternin tədqiqat maraqları Qərbi Alp dağları mədəniyyətinə yönəlmişdi. O, Bessans icmasını araşdıraraq ilk etnoqrafik monoqrafiyalardan birini yaratmış və Avropa dağ kəndində həyat və iqtisadiyyat barədə yazmışdı. Onun tədqiqatları 1912-ci ildə başlamış və o, 1913–1914-cü ilin qışını Bessansda yaşayaraq keçirmişdi. O, İsveçrədə olarkən etnoqraf Arnold van Gennep tərəfindən dəstəklənmişdi. Qoldsternin araşdırmaları o dövrdə Alp mədəniyyətini dəyişməz və idealizə olunmuş hesab edən akademik yanaşmalardan fərqlənirdi. Xüsusilə əllə hazırlanmış kiçik oyuncaqlar onun araşdırmalarının mərkəzi olmuşdu. Vyana Folklor jurnalında dərc olunan ilk və son məqalələri də məhz oyuncaqlara həsr olunmuşdu. O, tədqiqatları zamanı topladığı bir çox əşyanı Vyana Etnoqrafiya Muzeyinə bağışlamışdı.

Birinci Dünya müharibəsinin başlaması Qoldsternin tədqiqatlarını yarımçıq qoymuşdu. O, Nevşatel Universitetində təhsilini davam etdirmiş və 1920-ci ildə Friburq Universitetində professor Pol Jirardinin rəhbərliyi altında doktorluq dissertasiyasını tamamlamışdı.

Qadın olduğu üçün və Avstriyada artan antisemitizm şəraitində akademik sahədə daimi vəzifə tapmaqda çətinlik çəkmişdi. 1920-ci illərin sonunda Qoldstern nəşr fəaliyyətini dayandırmış və sahə araşdırmalarından geri çəkilmişdi. 1937-ci ildə onun və Van Gennepin işləri Parisdə keçirilən beynəlxalq sərgidə Savoyya bölgəsinə həsr olunmuş nümayişdə yer almışdı. Lakin 1938-ci ildə Avstriyanın Almaniya tərəfindən işğalından sonra yəhudilər rəsmi olaraq ictimai həyatdan kənarlaşdırılmış və antisemit qanunlara tabe tutulmuşdular. Qoldsternin ailəsinin çoxu Vyanadan qaçmışdı, lakin o, şəhərdə qalmışdı. 14 iyun 1942-ci ildə Qoldstern Polşadakı Sobibor ölüm düşərgəsinə deportasiya olunmuş və orada qətlə yetirilmişdi.

Ölümündən sonra sərgilər 2004–2005-ci illərdə Vyana Etnoqrafiya Muzeyi Qoldsternin İsveçrə xalq sənəti kolleksiyasını "Ur-Ethnographie" adlı sərgidə nümayiş etdirmişdir. 2007-ci ildə Musée dauphinois və Musée savoisien onun və işləri haqqında sərgi təşkil etmişdir.

Nəşrləri Alpine Spielzeugtiere. Ein Beitrag zur Erforschung des primitiven Spielzeuges, in: Wiener Zeitschrift für Volkskunde, 29. Jg., Heft 3–4, Wien 1924 Beiträge zur Volkskunde des Lammertales mit besonderer Berücksichtigung von Abtenau (Tännengau), in: Zeitschrift für österreichische Volkskunde, Wien 1918 Bessans, Vie d'un village de haute Maurienne, Traduction Francis Tracq et Melle Schaeffer, Challes-les-Eaux 1987 Eine volkskundliche Erkundungsreise im Aostatale (Piemont). (Vorläufige Mitteilung), in: Wiener Zeitschrift für Volkskunde, 28. Jg., Heft 1, Wien 1923 Hochgebirgsvolk in Savoyen und Graubünden. Ein Beitrag zur romanischen Volkskunde. I. Bessans, Volkskundliche monographische Studie über eine savoyische Hochgebirgsgemeinde (Frankreich). II. Beiträge zur Volkskunde des bündnerischen Münstertales (Schweiz), Wien 1922 'Eugénie Goldstern (1884–1942), Ethnologue de l'arc alpin: Oeuvres complètes', (Trans: Gansel, Mireille) 2008 ()

Mənbə Albert Ottenbacher, Eugenie Qoldstern. Eine Biographie, Wien 1999 (in German) Eugénie Qoldstern (1884–1942): être ethnologue et juive dans l'Europe alpine des deux guerres : [exposition, Musée savoisien, 31 mai-5 novembre 2007, Musée dauphinois, Grenoble, 23 novembre 2007–30 juin 2008] (in French) Isac Chiva, Laboratoire d'anthropologie sociale, L'affaire Eugénie Qoldstern, L'histoire d'une non-histoire, École des Hautes Etudes en Sciences Sociales, Paris, Décembre 2002 (in French)

İstinadlar