İsmail Ağa məscidi və ya Baruthane məscidi ( və ya ) — Türkiyənin Ədirnə ilinin mərkəzində yerləşən 15-ci əsrə aid məscid.
Tarixi İsmayıl Ağa məscidi 15-ci əsrin ortalarında Fateh Sultan Mehmet və II Bəyazid dövründə xeyriyyəçiliyi ilə tanınan İsmayıl Ağa tərəfindən 1463-cü ildə tikdirilmişdir. Bəzi mənbələrdə isə 1440–1450-ci illər arasında inşa olunduğu qeyd edilir.
Bərpası İsmail Ağa məscidi 1631,1911,1993 və 2005-ci illərdə təmir edilib.
Sonuncu bərpa işləri isə 2018–2020-ci illəri arasında aparılmışdır. Bu bərpa zamanı məscidə qadınların ibadəti üçün xüsusi hissə əlavə edilib, məscidin bağı və dəstəmaz almaq üçün sahələr yenilənib.
Memarlığı Cənubdan şimala maili bir ərazidə kiçik bağçada tikilmiş məscid kvadrat planlı günbəzə malikdir. Məscidin şimal küncündə yerləşən minarə tək eyvanlıdır. Səkkiz taxta dayaqla dəstəklənən məscidin narteksində şəhid məzarı var.
Qalereya
İstinadlar
Kateqoriya:XV əsr məscidləri Kateqoriya:Günbəzli məscidlər