Vazul (; ) — Macarıstanın Arpad sülaləsindən olan zadəgan və knyaz. O, Böyük knyaz Takşonun nəvəsi və Müqəddəs İştvanın yaxın qohumudur.The Hungarian Illuminated Chronicle (ch. 45.69), p. 107.

Həyatı Vazulun atası Mihail (), babası isə Macarıstanın Böyük knyazı Takşon idi. Beləliklə, o, Arpad sülaləsinə mənsub idi və Macarıstanın siyasi elitasında mühüm yer tuturdu. Vazul, ehtimal ki, Macarıstanın qərb bölgələrində böyümüş və hərbi-siyasi sahədə təlim keçmişdir.Simon of Kéza: The Deeds of the Hungarians (ch. 2.44), pp. 105–107. XI əsrin əvvəllərində Macarıstanın ilk kralı Müqəddəs İştvan hakimiyyətdə ikən ölkəni xristianlaşdırmağa və mərkəzləşdirməyə çalışırdı. İştvanın oğlan övladı olmadığı üçün taxt varisliyi məsələsi açıq qalırdı. Kralın ölümündən sonra kimin hakimiyyətə gələcəyi mühüm siyasi məsələyə çevrilmişdi.The Hungarian Illuminated Chronicle: (ch. 60.87), p. 113.

Vazul Arpad sülaləsindən olduğu üçün taxta qanuni namizəd sayılırdı. Lakin Müqəddəs İştvan onu etibarlı varis kimi görmürdü. Kralın əsas dəstəkçisi olan Almaniya və Roma Papalığı, Macarıstanın xristianlaşmasını və Qərbə inteqrasiyasını istəyirdi.Györffy, György (1966): Egy krónikahely magyarázatához - In: Történelmi Szemle vol. 9 (1966) p. 25-34 Bununla yanaşı, Vazulun köhnə, ənənəvi türk-macar adət-ənənələrinə daha yaxın olduğu güman edilir. Bu isə onu Müqəddəs İştvan və onun tərəfdarları üçün təhlükəli rəqibə çevirirdi.Gerics, József (1966): A Tátony nemzetségről. Adalékok egy krónikahely értelmezéséhez - In: Történelmi Szemle vol. 9 (1966) p. 1-24

Vazulun zindana salınması və kor edilməsi Müqəddəs İştvan, Vazulun taxta çıxmasına mane olmaq üçün onu həbs etdirdi. 1031-ci ildə İştvanın yeganə oğlu İmre (Emeric) qəfil vəfat etdi. Bu hadisədən sonra İştvan taxt varisi kimi Vazulu yox, Avstriya markqrafının oğlu, alman mənşəli I Pyeter Orseolonu irəli sürdü. Qərar Macarıstan zadəganlarının əksəriyyətinin narazılığına səbəb oldu. Vazulun tərəfdarları onu azad etməyə və taxta çıxarmağa çalışsalar da, Müqəddəs İştvan tədbir görərək onu həbsdə saxlamağa çalışırdı. 1037-ci ildə İştvanın əmri ilə Vazulun gözləri kor edilmiş və qulaqlarına əridilmiş qurğuşun tökülmüşdür. Bununla o, hakimiyyətə iddia etmək qabiliyyətini itirmişdir. Siyasi baxımdan İştvanın özündən sonra Vazulun hakimiyyətə gəlməsini tamamilə istisna etməyə çalışmasının bir göstəricisi olmuşdur.

Vazulun üç oğlu – Andraş (I Andrey), Bela (I Béla) və Levente Macarıstan tarixində mühüm rol oynadılar. Onlar atasının sonra Macarıstandan qaçaraq, Polşa və Kiyev Rusuna sığındılar. Sonradan, I Andraş və I Bela Macarıstan kralı olmuş və ölkəni yenidən Arpad sülaləsinin nəzarətinə qaytarmışdılar.

Ailəsi

*Menumorutun həqiqi və ya uydurulmuş bir şəxs olması müasir alimlər tərəfindən müzakirə olunur.**Xəzər, Peçeneq və ya Volqa bolqar qadını***Kristo yazır ki, o, Kiyev Rus dövlətinin Rüriklər sülaləsinin üzvüdür.

İstinadlar

Kateqoriya:Arpadlar Kateqoriya:XI əsr Avropa hökmdarları