Mahmud Cəlaləddin Paşa (; ) — Osmanlı dövlət xadimi və klassik türk musiqisi bəstəkarı. O, Krit və Bursa valisi, maliyyə, ticarət və ictimai işlər naziri vəzifələrində çalışıb.
Mahmud Cəlaləddin 1839-cu ildə İstanbulun Vəfa səmtində anadan olub. Qazəsgər Ziya bəyin nəvəsi və İstanbul xəzinədarı Mehmed Əziz bəyin oğludur.Tâhir Aydoğdu, turkmusiki.com Peşə karyerası Rüşdiyyə və Darülmaarif təhsili ilə yanaşı Mahmud Cəlaləddin, xüsusi müəllimlərdən ərəb və fransız dili dərsləri də almışdır. O, ictimai işlərlə məşğul olmağa 17 yaşında Bab-i Əlidə katib köməkçisi olaraq başlamışdır. Səlis və dəqiq işinə, səliqəli yazısına görə əsas heyətə təyin olunmuş və qısa müddətdə baş katib vəzifəsinə yüksəlmişdi.
1867-ci ildə Mehmed Əmin Əli Paşa ilə birlikdə Kritə göndərildi. Mehmed Əmin Əli Paşanın qeyri-müsəlman və müsəlman əhalinin imtiyazlarını tarazlaşdırmaqda mahir diplomatiyası 1866-cı ildə Kritdə başlayan üsyanın yatırılmasına böyük təsir göstərsə də,Hayrettin Pınar, ‘’Diplomasi ile Siyasetin Birlikteliği : Girit İsyanı ve Âlî Paşa’’ Sh.: 1 Mahmud Cəlaləddin Paşanın çalışqanlığı və səlis iş bacarığı bütün diqqətləri onun üzərinə çəkdi və tezliklə möhürdarlıq vəzifəsinə təyin edildi. O, 1887-ci ildə Maliyyə naziri oldu. 1889-cu ildə Krit qubernatoru təyin edildi. 1891-ci ildə Ticarət və İctimai İşlər naziri vəzifəsində çalışmışdır. 1897-ci ildə Xəlil Rüfat Paşa hökumətində yenidən İctimai İşlər naziri vəzifəsinə təyin edildi və 1899-cu ildə vəfat edənə qədər bu vəzifəni icra etdi.
Mahmud Cəlaləddin Paşa siyasi fəaliyyəti ilə yanaşı, Osmanlı musiqisinə də böyük töhfələr verib. Onun 25-ə yaxın mahnısı günümüzə qədər gəlib çatmışdır. Musiqidə o dövrün sənətçiləri Tənburi Cəmil bəy, kamançaçı Vasilaki və Lemi Atlı ilə çalışmışdır. O, həmçinin, səsinin gözəlliyi ilə də tanınırdı.
İstinadlar
Kateqoriya:Osmanlı paşaları Kateqoriya:Osmanlı siyasətçiləri