Macar–Osmanlı müharibələri — Orta və Yeni dövrlərdə Macarıstan krallığı ilə Osmanlı imperiyası arasında baş vermiş hərbi münaqişələr silsiləsi. Bu müharibələr əsasən XIV əsrin sonlarından XVI əsrin ortalarınadək, xüsusilə də 1526-cı ildə baş vermiş Mohaç döyüşünə qədər davam etmişdir. Münaqişələr Osmanlıların Balkanlarda irəliləməsi və Mərkəzi Avropaya çıxış məqsədi ilə Macarıstan torpaqlarını hədəf alması fonunda baş vermişdir.
Arxa fon XIV əsrdən etibarən Osmanlı imperiyası Balkanlarda sürətlə genişlənməyə başlamışdı. Bu dövrdə Macarıstan krallığı Balkanların şimal sərhədlərində yerləşən və xristian Avropasını Osmanlı təhlükəsindən qoruyan ön cəbhə dövlətlərindən biri idi. Osmanlı–Macar münasibətləri əvvəlcə sərhəd toqquşmaları şəklində olsa da, zamanla genişmiqyaslı müharibələrə çevrildi.
İlk qarşıdurmalar (1370–1440) I Kosov döyüşü (1389) Osmanlıların Balkanlara geniş hücumu zamanı Macarıstan Serbiya və Bosniya knyazlıqlarına yardım göstərirdi. 1389-cu ildə baş vermiş Kosovo döyüşü Osmanlıların Balkanlarda üstünlük qazandığı əsas döyüşlərdən biri olmuşdur. Bu döyüşdə serblərin müttəfiqi kimi iştirak edən macar kontingenti də iştirak etmişdi.
Niqbolu döyüşü (1396) Macar kralı Siqizmundun rəhbərliyi altında Avropa dövlətlərinin birləşmiş xaç yürüşü Osmanlıların hücumlarını dayandırmaq məqsədi daşıyırdı. Ancaq I Bəyazidin rəhbərliyi ilə Osmanlı ordusu 1396-cı ildə Niqboluda xaçlıları məğlub etmişdir. Bu, Osmanlıların üstünlüyünü bir daha təsdiq etdi və Macarların ciddi məğlubiyyəti olmuşdur.
Hunyadi dövrü və müdafiə strategiyası (1440–1456) Macar generallarından Yanoş Hunyadi Osmanlılara qarşı aktiv hərbi mübarizənin öncüllərindən biri olmuюdur.O, Osmanlıların Balkanlardakı irəliləyişini yavaşlatmaq üçün davamlı hücum və müdafiə strategiyaları həyata keçirmişdi.
Varna döyüşü (1444) 1444-cü ildə Avropa krallıqları ilə birlikdə Osmanlılara qarşı təşkil edilmiş Varna yürüşü də Macarıstanın fəal iştirakı ilə baş tutmuşdur.Lakin bu yürüş də uğursuzluqla nəticələndi — II Muradın rəhbərliyi ilə Osmanlı ordusu Varna döyüşündə qələbə qazanmış və Polşa kralı Vladislav həlak olmuşdur.
Nandorfehervar döyüşü (Belqrad, 1456) 1456-cı ildə Yanoş Hunyadinin rəhbərliyi ilə Macar ordusu Belqradı Osmanlı hücumlarından qorumağı bacarmışdır. Bu döyüşdə Hunyadi Osmanlılara qarşı tarixi bir qələbə qazanmışdır. Osmanlı ordusunun çəkilməsi nəticəsində Macarıstan sərhədləri 50 ildən çox müddətdə sabit qalmışdır.
Matyaş Korvin dövrü və nisbi sabitlik (1458–1490) Kral Matyaş Korvin dövründə Macar krallığı güclənmiş, ordu islahatları aparılmış və Osmanlılara qarşı mövqelər möhkəmləndirilmişdi. Sources such as this support this number, other suggest a smaller number of 60,000Həmin dövrdə birbaşa genişmiqyaslı müharibələr olmasa da, sərhəd qalalarında daim toqquşmalar baş verirdi.
Son müharibə və Mohaç faciəsi (1490–1526) Osmanlıların yeni ekspansiyası XV əsrin sonlarında və XVI əsrin əvvəllərində Osmanlılar Balkanlarda mövqelərini daha da möhkəmləndirmiş, Serbiya və Bosniya tamamilə işğal olunmuşdu. Macarıstan bu ekspansiyaya qarşı təkbaşına dayana bilmirdi.
Mohaç döyüşü (1526) 29 avqust 1526-cı ildə baş vermiş Mohaç döyüşü Macar–Osmanlı müharibələrinin kulminasiya nöqtəsi olmuşdur. Osmanlı sultanı I Süleyman Qanuninin rəhbərlik etdiyi ordu Macar kralı II Layoşun ordusunu darmadağın etmişdir. Kral döyüş zamanı həyatını itirmiş və Macarıstan krallığı süquta uğramışdır. Mohaç döyüşündən sonra Macarıstan torpaqları üç hissəyə bölünmüşdür: Osmanlı idarəsindəki ərazilər, Habsburqların idarə etdiyi "Kral Macarıstanı" və Yanoş Zapolyayının rəhbərlik etdiyi Şərqi Macarıstan (Transilvaniya). Mohaç qələbəsi Osmanlılara Mərkəzi Avropaya yol açmışdır.
İstinadlar
Mənbə
Kateqoriya:XIV əsrdəki münaqişələr Kateqoriya:XV əsrdəki münaqişələr Kateqoriya:XVI əsrdə Osmanlı imperiyası Kateqoriya:Osmanlı imperiyasının müharibələri Kateqoriya:Macarıstanın müharibələri Kateqoriya:Macarıstanın ərazi dəyişiklikləri Kateqoriya:Sloveniyanın müharibələri Kateqoriya:XVI əsrin müharibələri Kateqoriya:XIV əsrin müharibələri Kateqoriya:XV əsrin müharibələri Kateqoriya:XV əsrdə Osmanlı imperiyası