ↅ — standart Ⅵ (VI) əvəzinə 6 rəqəmini ifadə etmək üçün eramızın əvvəllərində meydana çıxan Roma rəqəmi.
Tarixi left|thumb|300x300px|Eramızın 296-cı ilinə aid yazıda ↅ işarəsi; son sətir: DIOCL ↅ, yəni "Diokletianın altıncı konsulluğu"
ↅ işarəsi Roma rəqəmləri ilə b.e. 2-ci əsrindən, xüsusən də xristian yazılarında görünür. Ən azı növbəti altı əsr ərzində istifadədə qalmışdır. Bununla mürəkkəb ədədlər də yarada bilər: ↅⅠ (7), ↅⅡ (8), ↅⅢ (9).
Jan Mabilyon simvolun yunan mənşəli olduğuna inanırdı. Eyni fikirdə Maffei və Natalis de Vayi idi. Vilhelm Larfeld VII–VIII əsrlərdə yunan stiqmasının (Ϛ) istifadə edildiyini qeyd etmişdir. O, oxşar dizayna malik idi və yunan rəqəm sistemində 6 ilə işarə edirdi. ↅ simvolunun mənşəyinin yunan versiyası onun xristian kontekstində istifadəsi ilə dəstəklənir, çünki xristianlıq Romaya yunanlar tərəfindən gətirilmişdir.
1802-ci ildə Ancelo Fumaqalli fərz etmişdir ki, ↅ simvolu V və I simvollarının kursiv liqaturundan yaranmışdır. Burada V tək dairəvi vuruş şəklini alır və I ona aşağıdan yapışdırılır. Mommzen və Jan Mallon onunla razılaşır. Sonuncu onu da qeyd etmişdir ki, oxşar dizayndan sözlərdə ui hərflərinin birləşməsini ifadə etmək üçün istifadə edilmişdir.
Kodlaşdırma Simvol 2006-cı il avqustun 1-də Devid Perri tərəfindən "Unicode"a daxil edilmək üçün təklif edilmişdir. Təklif olunan ad idi. Tövsiyəyə görə, simvol Rəqəmli Formalar () blokunda yerləşdirilməli idi. Noyabrın 29-da simvol Yunikod Texniki Komitəsi tərəfindən təsdiqlənmiş və ona U+2185 kod mövqeyi təyin edilmişdir. Bu qərar 26 iyul 2007-ci ildə WG2 tərəfindən təsdiq edilmişdir. Simvol əvvəlki qərarlara uyğun olaraq 2008-ci ilin aprelində buraxılmış 5.1 versiyasında Unicode-a daxil edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər ILCV 2807A – Epitaph for Serotina, a Christian infant, last day of February, 296 CE
Kateqoriya:Rəqəmlər Kateqoriya:Genişləndirilmiş latın əlifbasının hərfləri