Rafael Anxel Kalderon Furnye () — 1990–1994-cü illərdə Kosta-Rikanın Prezidenti.

1990–1994-cü illərdə ölkəyə rəhbərlik edən Kalderon səhiyyə müəssisələrinə avadanlıqlar alınması zamanı rüşvət almaqda təqsirli bilinib.

Onun nə qədər rüşvət aldığı məlum deyil. Amma bildirilir ki, tibbi ləvazimatları almaq üçün 40 milyon ABŞ dolları xərclənib.

Rafael Kalderon 2004-cü ildə həbs edilib və 5 ay həbsdə olub. O, bu günə kimi ev dustağı kimi saxlanılıb. 2009-cu ildə isə ona rüşvət aldığına görə 5 il həbs cəzası verilib.

İstinadlar

Eks-prezident rüşvətə görə 5 il iş aldı

Kateqoriya:Kosta-Rika prezidentləri Kateqoriya:Dövlət başçılarının övladları Kateqoriya:Prezidentlərin övladları