Bozcaadalı Həsən Hüsnü Paşa (; ) — II Əbdülhəmid dövründə Bəhriyə (Dənizçilik) naziri vəzifəsində çalışmış admiral.

1853-cü il Sinop döyüşündə həlak olan Bozcaadalı Riyalə (kontr-admiral) Hüseyn Paşanın oğludur.

Həsən Hüsnü Paşa 1842-ci ildə Dəniz Akademiyasına daxil olmuş və 1849-cu il mayın 5-də məzun olmuşdur. O, 1853-cü ildə kapitan, 1855-ci ildə mayor, 1862-ci ildə rayon qubernatoru, 1864-cü ildə polkovnik, 1871-ci ildə leytenant-admiral, 1872-ci ildə bərə admiralı, 1877-ci ildə dəniz komandiri, 1877-ci ildə isə Qara dəniz donanması komandiri olub.Haskan, Mehmet Nermi:Eyüplü Meşhurlar, Eyüp Belediyesi Yayınları, cilt.2, s. 98, İstanbul 2014 Onun komandanlıq etdiyi Osmanlı donanması Qara dənizin şərqində rus ordusunun arxasına keçmək üçün 23 may 1877-ci ildə Suxumiyə uğurlu desant əməliyyatı keçirmiş və bölgədəki rus qoşunlarını məğlub edə bilmişdi. Lakin Rumelidə cəbhəyə ehtiyac olduğundan, buradakı qoşunlar 1877-ci ilin sentyabrında boşaldılaraq Varnaya köçürüldü.

12 yanvar 1881-ci ildə bəhriyə müşiri rütbəsi ilə Bəhriyə (Dənizçilik) naziri oldu. O, Bəhriyə naziri vəzifəsində ən uzun müddət xidmət etmiş şəxsdir (23 il). Onun kürəkəni Əli Osman Paşa 1890-cı ildə Yaponiya sahillərində qayalara çırpılaraq batan Ərtoğrul freqatının komandiri olub. O, 1903-cü il iyulun 27-də vəfat etmişdir. Məzarı Əyyubsultan məhəlləsi, köhnə adı ilə Boyacı və yeni adı ilə Sultan Rəşad küçəsində, adını daşıyan kitabxana ilə üzbəüzdür. Türbədə bərpa işləri 1999-cu ildə orijinala uyğun olaraq aparılmışdır. thumb|left| Bozcaadalı Həsən Hüsnü Paşanın Əyyubsultandakı türbəsi. Əsərləri Kadıköydəki Həsən Paşa məscidi (1889)Hasan Paşa Cami-Kadıköy. filozof.net. Erişim Tarihi:26.10.2016 Divittar Kəklik Mehmed Əfəndi tərəfindən Fatih mahalında inşa edilmiş və yanğın səbəbiylə artıq istifadə edilmədikdən sonra 1882-ci ildə taxta günbəzli məscid olaraq yenidən inşa edilmişdir.Divittar Keklik Mehmet Efendi Camii, Fatih. istanbuldakicamiler.com. Erişim Tarihi:26.10.2016 Əyyub Kapitan Paşa məscidi ilk dəfə XVI əsrdə gürcü əsilli Mahmud Ağa tərəfindən minbərsiz və minarəsiz tikilmişdir. 1900-cü illərdə Həsən Hüsnü Paşa tərəfindən indiki formasında bərpa edilmişdir.Kaptan Paşa Camii (Eyüp) hayalleme.com. Erişim Tarihi:26.10.2016 Əyyub bHəsən Hüsnü Paşa çeşməsi, Kadıköy Həsən Hüsnü Paşa çeşmesi, Qasımpaşa Yelmill məscidi, Trabzon Akkısa məscidi və Rəfahiyə məscidi də Həsən Hüsnü Paşanın əsərləri arasında göstərilir.Bahriye Nazırı Kaptan-ı Derya Hasan Hüsnü Paşa. haliskutmangilcpl.meb.k12.tr. Erişim Tarihi: 26.10.2016 Əyyubsultanda 1904-cü ildə onun adına tikilmiş Həsən Hüsnü Paşa türbəsi də var. Burada məzarının yerləşdiyi yerdə, təkiyəsi də var. Təkiyədə təvhidxana, türbə ve kitabxana otaqları da vardır.Bir Eğitim Kurumu Olan: Eyüp'te Hasan Hüsnü Paşa Tekkesi ve Vakfiyesi. tasavvufdergisi.net. Erişim Tarihi: 26.10.2016 1998-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən bərpa edilmişdir. Türbə ilə üzbəüz Həsən Hüsnü Paşa Kitabxanası yerləşir. Süleymaniyyə Əlyazmaları Kitabxanasında "Həsən Hüsnü Paşa kolleksiyası" da yer alıb. İstanbul Dəniz Muzeyi II Əbdülhəmidin göstərişi ilə Həsən Hüsnü Paşa tərəfindən təsis edilmiş və 31 avqust 1897-ci ildə ictimaiyyətə açılmışdır.Özkan, Süleyman: Türkiye'deki Özel Koleksiyonların Günümüze Etkileri. johschool.com. Erişim Tarihi: 26.10.2016 Bu gün "Dəniz qüvvələri jurnalı" adı ilə nəşr həyatını davam etdirən "Ceride-i Bahriyye" və "Mecmua-i Fünun-u Bahriyye" adlı iki jurnal Həsən Hüsnü Paşa və II Əbdülhəmidin səyi inəticəsində nəşr edilmişdir. Jurnalların ilkin nömrələri 26 iyun 1889-cu ildə (13 iyun 1305) nəşr olunub.Hatip, S. Murat. Basım Yayın Hayatındaki 120 Yıllık Bir Dergi:Deniz Kuvvetleri Dergisi. dzkk.tsk.tr. Erişim Tarihi: 28.10.2016

İstinadlar

Kateqoriya:Osmanlı paşaları