İman Lüğət mənası (e-m-n) kökündən ifal babının məstəri olan iman() lüğətdə, bir şəxsin sözünü təsdiq etmək, söylədiyini qəbul etmək, könül xoşluğu ilə qəbul etmək, qarşındakına güvənmək, şübhəyə yer verməyəcək şəkildə ürəkdən inanmaq mənasına gəlirAhmet Saim Klavuz, İslam akaidi ve kelama giriş, İstanbul, Ensar neşriyat, s.17. İman qorxunun ziddidir. Bütün dilçilərə görə iman ərəb dilində"mütləq təsdiq etmək" deməkdir. İman edən şəxsə mömin, iman edilən şeylərə isə möminun bih deyilir. Termin mənası Termin olaraq hz. Peyğəmbərin Allah Taaladan gətirdiyi dəqiq olaraq bilinən hökümlərdə Onu təsdiq etmək, Onun xəbər verdiyi şeyləri tərəddüdsüz qəbul edib, buların həqiqət və doğru olduğuna qəlbən inanmaq deməkdir.

İslam kəlməsinin mənası Lüğət mənası "S-L-M" ()kökündən törəyən və "İfaalun" babında olan islam lüğətdə itaət etmək, boyun əymək, bağlanmaq, təslim olmaq və amanda qalmaq kimi mənaları verir. Termin mənası İstilahda isə uca Allaha itaət etmək və hz. Peyğəmbərmizin din adına gətirdiyi bütün şeyləri qəbul etmək deməkdir. Yuxarda da qeyd etdiyimiz kimi İman və İslam terminlərinin bir yoxsa ayrı məna ifadə etməlri baxmından müxtəlif görüşlər var. Buna səbəb isə bu kəlmələrin Quran və Hədislərdə həm eyni həm də ayrı mənalarda işlənmələridir. Məşhur olan görüş isə budur ki lüğət mənası baxımından İslam daha geniş məfhum, iman isə daha xüsüsi məfhumdur. Yəni hər təsdiq (mömin) təslimiyyət (müsəlman) amma hər təslimiyyət təsdiq deyildir. Maturudiyə görə İslam insanın nəfsini, felini və dinini Allaha təslim etməsi deməkdir. Başqa bir ifadə ilə desək Maturudiyə görə İslam insanın özü daxil hər şeyin Allaha ait olduğunu qəbul edib hər işin Ona bir təslimiyyət halı içərisində edilməsi və dində ixlaslı olmaq mənası bildirir. . Maturudi islamın və təslimiyyətin ancaq iki şəkildə olacağını qeyd edir: 1. İslam, hər şeyin yuxarda qeyd etdiyimiz şəkildə olmasına inanıb və bu inanca əməl etmədən sadəcə əqlən qəbul etməkdir ki bu əqli təslimiyyətdir. 2. İslam, hər şeyin yuxarda qeyd etdiyimiz şəkildə olmasına inanıb əqli təslimiyyət, onun belə olmasını söyləmək qövli təslimiyyət və inandığı və dediyi şeylərə əməl etmək feli təslimiyyət deməkdirHanifi Özcan, "Matüridiye göre-iman-islam-ihsan və küfür ilişkisi", D. E. Ü. İlahiyat Fakültəsi. Burdanda görünür ki Maturudi iman və islam kəlmələrini bir mahiyyətdə qəbul edir.

İman və İslam kəlmələrinin müqayisə və təhlili Qurani-Kərim və hədislərə ümumi kontekstdən baxdığımız zaman iman və islam terminlərinin həm mütəradif, həm mütəğayir, həm də mütədahil işləndiyini açıqca görərik. İndi isə bunları daha detallı şəkildə izah edək. A. Mütəradif işləndiyi yerlər Sinonim olaraq işləndiyi yerlərə bu ayələri misal göstərmək olar: Lut qövmü haqqında: "Beləliklə oradakı (İbrahim və Luta iman gətirmiş) möminlərin hamsını çıxardıq. Həmin diyarda yalnız bir müsəlman (mömin) evi (Lutun evini) tapdıq."Zariyat,51/35,36. Hz. Musanın qissəsində: "Musa dedi: ey mənim qövmüm, əgər Allaha iman (ə:məntum) gətirmişsinizsə və Ona təslimsinizsə (muslimin) onda, yalnız Ona təvəkkül edin."Yunus, 10/84. Bu ayələrdə iman ilə islam eyni mənada işlənib o da qəlb və əməllə təslim dən ibarətdir. B. Mütəğayir işləndiyi yerlər Fərqli mənalarda -"antonim"- işləndiyi yerlərə misal olaraq isə bu ayə və hədisi misal göstərmək olar: " Bədəvilər dedilər: biz iman gətirdik. De: Siz iman gətirməmisiniz. Lakin islamı qəbul etdik deyin. Çünki iman hələ sizin qəlblərinizə daxil olmayıb. Əgər Allaha və Onun Peyğəmbərinə itaət etsəniz (Allah) sizin əməllərinizdən əskiltməz. Çünki Allah çox bağışlayan və mehirbandır."Hucurat, 49/14. Ayədən göründüyü kimi İslam dinin zahirinə əməl etməkdir. Yəni kəlmeyi tövhidi demək, namaz qılmaq, zəkat vermək kimi. İman isə qəlblə bağlı olan bir şeydir. Hz. Peyğəmbər buyurur: "…hər iman İslamdır, amma hər İslam iman deyildir. Zahirə əməl etməkdə fərq yoxdur. Çünki hər ikisində namaz, zəkat və digər zahiri hökümlərə əməl olunur. Amma fərq budur ki, iman qəlbin itaət etməsidir… "Məhəmməd Baqir Məclisi, Biharul Ənvar, Beyrut-Lobnan, Daru ihyait turasil ərabiy, cild, 65, 1983, s. 249. C. Mütədahil işləndiyi yerlər Mütədahil — biri digərinin içərisində işləndiyi yerlərə isə Hz. Peyğəmbərin bu mübarək hədisini misal göstərmək olar: Bir adam : "Ya Rəsulullah, İslam nədir?" dedi. Həzrət buyurdu: "Qəlbini Allaha təslim etməyin və müsəlmanların sənin dilindən və əlindən amanda olmasıdır." buyurdu. Adam : "İslamın hansı fəzilətlidir?" soruşunca, hz. Peyğəmbər: "İmandır" buyurdu. "İman nədir?" sualına hz. Peyğəmbər: "Allaha, mələklərinə, kitablarına… iman etməkdir."Şerafettin Gölcük ve Süleyman Toprak, Kelam-tarih, Ekoller, Problemler, Baskı, 5, Konya, Yekun Dağıtım, 2001, s.116 cavabını vermişdir. Bu və bunun kimi ayə və hədislərdə iman və islam, bir-birinin yerində işlənmişdir.

İman — əməl münasibəti İmanın nə olması haqqında kəlam məktəblərinin hər birinin özünə xas görüşləri vardır ki, təbii olaraq hər biri öz görüşünü Quran və Hədisə əsaslandırmağa çalışıblar. Onların iman əməl münasibəti haqqındakı görüşlərini belə sıralamaq olar.

A. İman qəlbin təsdiqidir

Əşəri və Maturudi kəlamçılarına görə iman, inanılması gərəkən xüsusları qəlbin təsdiq etməsidir. Maturudi, Əşəri, Baqillani, Cüveyni, Qəzali, Əbul-Muin Nəsəfi, Şəhristani və Amidi kimi əhli-sünnə kəlamçıların qənaəti budurAhmet Saim Klavuz, İslam akaidi ve kelama giriş, İstanbul, Ensar neşriyat, s.18. İmanın qəlbin təsdiqi olduğunu göstərən ayə və hədislərin bəzisi bunlardır. Ayələr.

1. Hz. Yusifin qardaşları tərəfindən hz. Yaquba xitabən deyilən "sən bizə inanan deyilsən"Yusif,12\17 məalındakı ayə "sən bizi təsdəq edən deyilsən" mənasındadır. 2. Allah münafiqlər haqqında "Ey peyğəmbər, qəlbləri ilə inanmadıqları halda ağızları ilə inandıq deyənlərlə, yahudilərdən o küfür içində danışanlar səni üzməsin"Maidə,5\41 buyurmuş və imanı qəlbin təsdiqi hesab etmişdir. 3. "Alah kimə doğru yolu göstərib imana müvəffəq edərsə, onun qəlbini islam üçün açar"Ənam,6\125, həmçinin,Nəhil,16/106;Hucurat,49/14;Mücadilə,58/22

Hədislər.

1-Bir hədisdə nəql edildiyinə görə Usamə bin Zeyd (öl. 54/674) döyüşlərin birində öldürmək istədiyi şəxs "lə iləhə illəllah" dediyi halda onu öldürmüş və müharbədən qayıdarkən hadisəni hz. peyğəmbərə danışdığı zaman Hz. Peyğəmbər "öldürdüyün adam doğru yaxud yalan sölüyür deyə qəlbini yarıb baxdınmı?" deyə onu qınamışdır. Hz. Peyğəmbərin "qəlbini yarıb baxdınmı?" sözü imanın qəlbin təsdiqi olduğuna dəlildir. 2- Sumayə deyir: İmam Sadiq-dən islam və imanın bir-birindən ayrı olub olmadığını soruşdum. İmam buyurdu: İman islamdır (Hər yerdə islamla şərikdir) amma islam iman deyildir (hər yerdə şərik deyil). Davamında buyurdu: islam həmin dillə iqrardır ki onunla müslman kimi davranmağı zəruri edər. İman isə mənəvi bir hidayət və əqidədir ki, insan qəlbində islamı qəbul edib, ona əməl edər. İman islamdan üstün bir mərtəbədirMəhəmməd bin Yaqub Kuleyni, Usulu kafi, İntişarate usvə, h.ş. 1372, cild, 4, s. 85. Əbu Muin ən-Nəsəfiyə görə iman qəlbin təsdiqdir. Əməllə iman arasında bir başa əlaqə yoxdurAkuş Süleyman, "Ebül-Muin en-Nesefiye göre mahiyet, artma ve azlma yönüyle iman", Sakarya üniversitesi ilahiyat fakültesi dergisi, N.15,2007, s.75.

Əhli-sünnə və İmamiyyə kəlamçılarına görə hər bir şəxs imanı dili ilə iqrar etməsə belə Allah qatında həqiqi mömindir. Amma dünya hökümlərinin tətbiqi üçün də qəlbdəki imanın dil ilə iqrarı şərtdir.

B. İman qəlbin mərifətidir

Cəhmiyyə məzhəbinə görə iman qəlbin bilməyindən (marifetinden) ibarət olub Allahı və Hz. Peğəmbərin xəbər verdiyi şeyləri qəlbən bilməkdirMustafa Sinanoğlu, "İman", TDV İslam Anskıopedisi, İstanbul: İSAM yayınları, 2000, cild, 22, s. 213.. Təstiqlə bilmənin hərikisinin qəlb işi olmasına baxmayaraq aralarında fərq var. Təsdiq qəlbdə bir kəsb və iradə nəticəsində meydana gəlir. Bilgi isə kəsb və ixtiyar olmadan qəlbdə olar. Bilginin iman ola blməsi üçün onda iradə və təslimiyyət olmalıdır. Maturudi imanın qəlbdəki mücərrəd bilgidən ibarət olmadığını bildirmiş və "bilgi cəhalətin ziddidir. Halbuki imanın ziddi küfürdür. Əgər iman bilgi olsaydı o zaman cəhalətin küfür olması dolaysıyla hər cahilin kafir, hər alimin mömin olması gərəkəcəkdir ki, buda mümkün deyildir". Həmçinin Zahiri İbni Hazım da bu görüşdədir. Təstiq zənni qalib v' mütləq təsdiq olmaqla iki növə ayrılır. Zənni qaliblə təsdiq dediyimiz həmən sadə camatın təsdiqidir ki ona təqlidi iman da deyilir. Mütləq təsdiq isə kəsb, iradə və qəlbin itminan olaraq etdiyi təsdiqdir.

C. İman dil ilə iqrardır

İqrar imanın dil ilə deyilməsidir. Mürciə və Kərramiyyə məzhəbləri imana inanılması gərəkən şeyləri qəlbin təsdiqi olmadan sadəcə dil ilə iqrar etməkdir deyə tərif veriblər. Buna Hz. Peyğəmbərin kəlmeyi-tövhidi deyən kimsənin canı və malı amanda olar. İç üzünün mühakiməsi isə Allaha aittir. hədisini dəlil olaraq göstərirlər. Əgər belə olsaydı o zaman münafiqlər də mömin olardılar. bir haldaki elə deyil. "İnsanların bəziləri imanları olmadğı halda- biz Allaha və axirət gününə iman gətirdik- deyərlər"Bəqərə, 2/8; Hucurat, 49/14, 17; Münafiqin, 63/1. Ayədən belə nəticəyə gəlmək olar ki, bu hədisi- şərif kəlmeyi-tövhidi deyən şəxsə müsəlman müamiləsinin göstəriləcəyinə dəlildir.

D. İman qəlblə təsdiq dil ilə iqrardır

İmam Hənəfi, Pəzdəvi, Sərasi kimi hənəfi fiqhinin önəmli fəqihlərinə görə iman, inanılması lazım olan xüsüsları qəlbin təsdiqi və dilin iqar etməsidir. Hənəfi fəqihlərə görə imanın təsdiq və iqrar olmaqla iki rukunu(ünsürü, əsası) var. Bunların dəlili isə bu hədisi-şərifdi "Qəlbində buğda dənəsinin zərrəsi qədər iman olduğu halda Allahdan başqa ilah yoxdur, Məhəmməd onun rəsuludur'' deyən kimsə cəhənnəmdən çıxar."

E. İman qəlb ilə təsdiq dil ilə iqrar və əməldir

Xarici, Mötəzilə, Zeydiyyə və Sələfdən Malik, əl-Əvzai, Şafi, Haris əl-Muhasibi, Kalanisi, Əhməd bin Hənbəl kimi alimlər İman, dil ilə iqrar, qəlb ilə təsdiq və əməldən ibarətdir deyiblər. Bu görüşə görə bütün dini vacibləri yerinə yetirmək imanın bir parçasıdır. Yəni dini vaciblərdən birinə əməl etməyən dindən çıxmış olar. Amma vaciblərin hamsını yoxsa bir qismini əhatə etməsi mövzusunda ixtilaf ediblər. Misal olaraq xaricilərə görə isətər fərz(vacib) olsun istər nafilə(müstəhəb) bütün vaciblər imandandır. Bunlardan birini tərk edən dindən çıxar. Mötəzilədən bəzilərinə görə məxsusən də, Bəsrəli mötəzilələrə görə fərzlər imandandır. Nafilələr isə imandan deyil. Bu göruşü müdafə edənlər bu ayəni "Allah sizin imanlarınzı (namazlarınızı) zay etməz. dəlil olaraq istifadə edirlər. Burda imanı bir əməl olan namazın yerinə işləndiyini iddia edərək əməl imandan bir cüzdür deyirlərBaktır Mehmet, " İmanın temellendirilmesi ", Cumhuriyyet Üniversitesi İlahiyat Fakültəsi Dergisi, N. 6, Sivas, 2002, s. 130. Əşəri və İmamiyyəyə görə isə əməl imanın ünsürü deyil şərtidir. Qəlb ilə təsdiq edib, dil ilə iqrar edən kimsə əməllərdən birini və ya bir neçəsini tərk edərsə fasiq (günəhkar) mömin olar. Amma sonda cənnətə gedər. Dəlil olaraq isə aşağıdakı ayələri gətirirlər: 1. Qurani-Kərimdə " iman edənlər və salih əməl edənlər" deyə bir çox ayə işlənmişdir. Bu ayələrdə iman ednlərlə salih əməl işləyənlər ayrı-ayrı qeyd onunur. Əgər əməl imanın bir parçası olsaydı sadəcə iman edənlər deyərdi. 2. Bəzi ayələrdə əməlin qəbul olunması üçün iman şərt qoyulub: " Mömin olarq yaxşı işlər görən kəs, əsla nə zülümdən nə hqqının kəsilməsindən nə də ki, şəxsiyyətin kiçildilməsindən qorxar."Taha,20/112 burda əməlin qəbulu üçün iman şərt olaraq işlədilib. 3. Bəzi ayələrdə böyük günahın imanla bir yerdə ola biləcəyi qeyd olunmuşdur. Bunlardan birində " Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşarsa, onların arasını düzəldin…"Hucurat, 49/9 buyurulub və böyük günah sayılan öldürmə felini işləyərək əməli tərk edən şəxslərə "möminlər" deyir. 4.bu haqda icma var- Səhabə zamanından etibarən böyük din alimləri, qəlbində imanı olduğu və bu imanı dili ilə iqrar etdiyi halda əməlləri etməyən və qadağaları pozan şəxsləri mömin sayıb və onların bir müsəlman həyatı yaşamalarına da qarşı çıxmayıblar.

İmanın növləri