Alen Şerri (,) — Albaniyalı peşəkar futbolçu. Hal hazırda İtaliyanın A Seriyasında yarışan Kalyari klubunda və Albaniya millisi futbol komandasında qapıçı kimi çıxış edir.

Karyera

Klub Alen Şerri futbol karyerasına 2012-ci ildə, 14 yaşı olarkən, "Vllaznia" klubunun akademiyasında başlamışdır. Qeyd edək ki, "Vllaznia" gənclər komandalarında oynadığı müddətdə, klubun U17 komandası ilə, yaşıdları arasında arasında keçirilən çempionatın 2013–14 mövsümunun qalibi olub.Paulin Ndoja dhe "persekutimi" i futbollistëve të rinj në Shqipëri Panorama Sport 12 aprel 2015-ci ildə 17 yaşında "Vllaznia"nın əsas komandasında debüt etmişdir. 7 il "Vllaznia"nın formasını geyinmiş və bu müddətdə Albaniya Superliqasında 84 oyunda meydana çıxmışdır.

2016-cı ilin avqustunda Monteneqro millisinin qapıçısı Jasmin Aqoviçin "Vllaznia" klubuna gəlişindən sonra "Vllaznia" komandasının məşqçisi Armando Cungu Şerrini İtaliya D seriyasından aşağı liqadan düşmüş "Savona F. B. C" klubuna icarəyə göndərir.Alen Sherri tradhtoi Vllazninë, përfundon në Lega Pro Newsport.al

2020-ci ilin yayında Şerri Laçi klubuna keçir.EKSKLUZIVE/ "E vërteta me Vllazninë dhe Laçin", reagon portieri Alen Sherri: Sot firmos për… Panorama Sport "Laçi"də oynadığı iki mövsüm ərzində 53 oyunda iştirak etmişdir.

2022-ci ildə Eqnatiya klubuna transfer olur. Şerri, "Eqnatiya"nın heyətində, Albaniya Superliqasında 71 oyunda meydana çıxır. Klub ilə 2022/23 və 2023/24 mövsümlərində Albaniya Kubokunu qazanmışdır. 2023/24 mövsümündə isə həm Albaniya çempionluğunu, həm də kuboku qazanaraq mövsümü "dubl"la tamamlayır.

2024-cü ilin iyul ayında Şerri İtaliyanın Kalyari klubuna transfer olmuşdur. Futbolçu klubla 30 iyun 2027-ci il tarixinə qədər müqavilə imzalamışdır.

Milli komanda Sherri 2015-ci ildə Albaniya U21 milli komandasına dəvət almış və bir neçə yoldaşlıq oyununda iştirak etmişdir. 9 noyabr 2022-ci ildə isə Albaniya milli komandasında debüt etmişdir.

Uğurları Eqnatiya:

Albaniya Superliqası: 2023–24 Albaniya Kuboku: 2022–23, 2023–24

İstinadlar

Kateqoriya:Vlazniya FK futbolçuları Kateqoriya:Kalyari FK futbolçuları Kateqoriya:Albaniya Superliqası futbolçuları Kateqoriya:Albaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Legioner Albaniya futbolçuları Kateqoriya:Frozinone FK futbolçuları Kateqoriya:Albaniyanın kişi futbolçuları Kateqoriya:Eqnatiya FK futbolçuları Kateqoriya:Laçi FK futbolçuları Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Albaniyalı legioner kişi futbolçular