Taşköprüzadə Əhməd Əfəndi (; ) — "Əş-Şəqaiqun-Numaniyyə" və "Miftəhus-səadə" adlı əsərləri ilə tanınan Osmanlı alimi. O, Əbu Mənsur əl-Maturidini Sünni kəlam məktəbinin banisi olaraq göstərmişdir.
Bioqrafiyası 2 dekabr 1495-ci ildə Bursada dünyaya gəlib. Məşhur Taşköprüzadələr nəslinə mənsubdur. Quranı əzbərləyir və mədrəsə təhsili alır. Şeyxzadə Muhyiddin Mehmed Kocevi, Mahmud ibn Qazızadəi-Rumi, Məhəmməd ət-Tunisi kimi alimlərdən dərs alır və təhsilini bitirir. Oruc Paşa mədrəsəsində müdərris işləyir. 1545-ci ildə Bursa, 1551-ci ildə isə İstanbul qazısı təyin olunur. 16 aprel 1561-ci ildə İstanbulda vəfat edir.
Əsərləri Taşköprüzadə kəlam, fiqh, təfsir, əxlaq, məntiq, bioqrafiya, Ərəb dili və ədəbiyatı, elmlər tarixi, tibb kimi müxtəlif sahələrdə 30-a yaxın kitab və risalələr qələmə almış və bu əsərlərini ərəbcə yazmışdır. Qələmə aldığı əsərlərdən bəziləri bunlardır:
Miftəhus-səadə və misbəhus-siyadə fi məvzuatil-ulum. Elmlər tarixi ilə bağlı biobiblioqrafik və ensiklopedik əsər olub, oğlu Kəmaləddin Mehmed Əfəndi tərəfindən "Məvzuatul-ulum" adı altında türk dilinə tərcümə edilmişdir (I–II, İstanbul 1895). əş-Şəqaiqun-Numaniyyə fi uləmaid-dəvlətil-Osmaniyyə. Əhməd Subhi Furat və Məcdi Mehmed tərəfindən əsərə qeydlər şəklində əlavələr edilmiş və əsər 1985-ci ildə İstanbulda nəşr edilmişdir. Nəvadirul-əxbər fi mənaqibil-əxyar. əl-Məalim fi ilmil-kəlam. Qazı Bəyzavinin "Tavəliul-ənvar"ındaki sistemə uyğun olaraq qələmə alınmışdır. Risalə fil-qəza vəl-qədər.
İstinadlar Kateqoriya:Matüridilər Kateqoriya:Osmanlı tarixçiləri Kateqoriya:Biblioqraflar