Burbon-Parmalı Mariya Luiza (; ; ) — Parma hersoqu I Robertin qızı, Bolqarıstan knyaginyası.
1870-ci ildə Romada anadan olub. Atası Parmanın sonuncu hakim hersoqu I Robert, anası isə İki Siciliya kralı II Ferdinandın qızı Siciliyalı Mariya Piadır. Hələ 12 yaşında ikən anası doğuş zamanı vəfat etdi və Mariya Luiza Biarrits və İsveçrədə mürəbbiyələrin himayəsində böyüyüb. 5 dildə sərbəst danışa bilən Mariya Luiza rəsm və musiqi dərsləri aldı.
20 aprel 1893-cü ildə Lukkada Bolqarıstan knyazı I Ferdinandla evləndirildi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.
III Boris, Bolqarıstan çarı Kiril, Preslav şahzadəsi Evdokiya (1898-1985) Nadejda (1899-1958)
Rusiya imperatoru ilə müttəfiq olan əri I Ferdinandın istəyilə böyük oğlu və varisi Boris pravoslav ayiniylə vəftiz edildi. Buna etiraz edən Mariya Luiza həmin gün Sofiyanı tərk edərək Fransanın Bolyö-sür-Mer kommunasına gedib və yalnız 1896-cı ilin mayında ölkəyə qayıtdı. 1897-ci ilin mayında baş tutan Kraliça Viktoriyanın brilyant yubileyi münasibətilə Londona gedən ərini müşayiət etdi. 1898-ci ilin iyulunda əri I Ferdinand və böyük oğlu Borislə birlikdə Rusiya imperatoru II Nikolayın dəvətiylə Sankt-Peterburqa səyahət etdi.
Ancaq ard-arda uşaq dünyaya gətirməsi zəif olan səhhətini daha da ağırlaşdırdı. Ağciyər iltihabına yoluxan Mariya Luiza son övladını dünyaya gətirdikdən bir gün sonra Sofiyada vəfat etdi. Cənazəsi Plovdivdəki katolik kafedralına dəfn olundu.
Mənbə
Ədəbiyyat
Aronson, T. (1986) Crowns in conflict: the triumph and the tragedy of European monarchy, 1910–1918, John Murray Publishers, London; Constant, S. (1979) Foxy Ferdinand, 1861–1948, Tsar of Bulgaria, Sidgwick and Jackson, London;
İstinadlar Kateqoriya:İtaliya qadınları Kateqoriya:Roma şəxsləri