Kanaletes fəvvarəsi (ispan: Fuente de Canaletas) — İspaniyanın Barselona şəhərinin mərkəzi küçəsi olan Ramblanın yuxarı hissəsində yerləşən fəvvarə.

Bu fəvvarə XIX əsrin 30-cu illərdən bəri Barselona FK-nın futbol matçlarından sonra klub azarkeşlərinin toplaşdığı "sevimli məkan" sayılır. Həmin dövrdə azarkeşlər şəhərin idman qəzeti olan "La Rambla"nın redaksiyasından nəticələri öyrənmək üçün məhz bu fəvvarənin qarşısına toplaşırdılar. Redaksiyanın girişindəki lövhədə həmin günün oyun nəticələri yazılırdı.

Ənənəyə görə, Kanaletes fəvvarəsindən su içən şəxs Barselonaya geri dönəcək. Fəvvarənin adı şəhərin şimal divarından (XIV əsrə aid) götürülüb.

Tarixi Fəvvarənin yaranma tarixi XVIII əsrə aiddir. Lakin XIX əsrdə Barselonanın qala divarları söküləndə, fəvvarə də dağıdıldı.

1888-ci ildə Barselona Şəhər Şurası həmin yerdə yeni fəvvarənin inşasına qərar verdi. Bu fəvvarə şəhərin dörd müxtəlif yerində quraşdırılması planlaşdırılan lampa-fəvvarə layihəsinin bir hissəsi idi. Daha sonra layihə genişləndirildi və ümumilikdə on dörd fəvvarə inşa olundu. Beləliklə, hazırkı Kanaletes fəvvarəsi isə 1892-ci ildə inşa edilmişdir.

İstinadlar

Xarici keçidlər Fəvvarənin tarixi (UB.es-dən).

Kateqoriya:İspaniyadakı heykəllər Kateqoriya:1860-cı illərin memarlığı Kateqoriya:Infobox mapframe without OSM relation ID on Wikidata Kateqoriya:1892-ci ildə tamamlanmış binalar və tikililər