Nikolaye Piku (, variantlar: Neculai, Nicolai; ) — Bukovina hersoqluğundan olan Rumıniya skripkaçı-ləutar.
O, xalq melodiyalarını beynəlxalq səviyyəli peşəkar musiqiçilərə (Ferens List, Karol Mikuli) ötürməkdə mühüm rol oynamış, beləliklə, rumın ləutar musiqisini öz dövrünün akademik musiqi dünyasına tanıtmışdır.
Həyatı Nikolaye Piku 1789-cu ildə Suçava ətrafında yunan-katolik inanclı rumın kəndli ailəsində anadan olmuşdur. 1801-ci ildən etibarən kəndləri gəzmiş, əsasən toy mərasimlərində çıxış etmək üçün iş axtarmağa başlamışdır. 1803-cü ildən boyar ailələrinin saraylarına dəvət olunmağa başlamış, xüsusilə Hurmuzaki ailəsinin təqdirini qazanmışdır.
1820-ci ildən yay aylarında Bukovina zadəganlarının sevimli görüş yeri olan Bereqomet yaxınlığındakı Lopuşna balneoiqlim kurortunda çıxış etməyə başlamışdır. Bukovinalı vəkil, musiqiçi və siyasətçi Leon de Qoyan 1851 və ya 1852-ci ilin yayında valideynləri ilə Lopuşnaya səfərini belə xatırlayır:
thumb|330x330px|Frans Ksaver Knapp, "Bad Lopuszna" (1870). Lopuşna mənzərəsi fonunda Nikolaye Pikunun tarafı.
1847-ci ilin mayında Yevdoksi Hurmuzakinin dəvəti ilə Çernovtsı şəhərinə Ferens List səfər etmişdir. O, "Moldaviya" hotelində iki konsert vermişdir. Hurmuzaki ailəsinin evində List Nikolaye Pikunun tarafını dinləmişdir. Bu görüşdən sonra List 1848-ci ildə "Fortepiano üçün rumın rapsodiyası" üzərində işə başlamış, Yassıda Barbu Ləutardan eşitdiyi temalar ilə yanaşı, Pikunun repertuarından, o cümlədən "Corăbească" melodiyasından istifadə etmişdir.
1849-cu ildə Bukovinadan olan bəstəkar, Frederik Şopenin şagirdi Karol Mikuli dörd dəftərdən ibarət folklor kolleksiyası tərtib etmişdir. Bu kolleksiya sonradan Fransada "Douze airs nationaux roumains" (On iki rumın xalq havaları) adı ilə nəşr olunmuşdur. Kolleksiyanın əsasını Nikolaye Pikunun repertuarı təşkil etmişdir. Ən məşhur əsərlər arasında "Hora cea cu flori la pălărie", "Hora în ghe mol", "Arcanul", "Buciumul" və başqaları yer alır. Bu təşəbbüs də Hurmuzaki ailəsindən gəlmişdi. Evdoksi Hurmuzakinin oğlu Konstantin Hurmuzaki 14 noyabr 1851-ci ildə Rumıniya ədibi və siyasi xadimi Georgi Baritsiyə yazdığı məktubda belə qeyd edirdi:
1850-ci illərin əvvəllərində Piku skripkaçı-leutar Qriqore Vindereunun müəllimi olmuşdur.
Nikolaye Piku 2 oktyabr 1864-cü ildə Suçavada, 75 yaşında vəfat etmişdir.
Mirası Nikolaye Piku Avstriya taxt-tacının bütün ərazilərini əhatə edən 24 cildlik illüstrasiyalı ensiklopediya olan "Avstriya-Macarıstan monarxiyası təsvirlərdə və şəkillərdə", həmçinin "Kronprinzenwerk" kimi tanınan əsərdə "ən görkəmli Bukovina leutarı" kimi qeyd edilmişdir. Avstriya Milli Kitabxanasında Nikolaye Pikunun (Suçavadan Moş Nikulay Ləutar) təsvir olunduğu guaş saxlanılır. Bu, ensiklopediyanın Bukovinaya həsr olunmuş cildi üçün eskiz kimi yaradılmışdır.
Nikolaye Pikunun repertuarı Suçavadan olan "Zicălașii''" tarafı tərəfindən bərpa edilmişdir.
Mənbə
İstinadlar
Ədəbiyyat
Əlavə ədəbiyyat
Kateqoriya:Rumıniya musiqiçiləri Kateqoriya:XIX əsr musiqiçiləri Kateqoriya:XIX əsr skripkaçıları